SON XƏBƏRLƏR

Suriyada yüksək rütbəli SEPAH zabiti öldürülüb

2022.08.15, 08:50
Suriyada yüksək rütbəli SEPAH zabiti öldürülüb

Gunaz.tv

Məlumatda avqustun 14-ü gecə saatlarında baş verən hava hücumu zamanı 3 nəfərin öldüyü, 3 nəfərin isə yaralandığı bildirilib.

Mərkəzi qərargahı Londonda yerləşən Suriya İnsan Haqları Monitorinq Mərkəzi raket zərbələrinin İran İnqilab Keşikçiləri Korpusunun istifadə etdiyi bazalara endirildiyini yazıb.

Bir sıra beynəlxalq media orqanları hava hücumu zamanı İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabitinin öldürüldüyünü yazıb.

SEPAH-a bağlı olan sosial media şəbəkələrində İran zabitinin öldürülməsi ilə bağlı xəbər təkzib edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar