SON XƏBƏRLƏR

“Urmiya 90” komandasının azarkeşlərindən türk əsgərinə hərbi salam – VİDEO

2021.10.20, 07:36
“Urmiya 90” komandasının azarkeşlərindən türk əsgərinə hərbi salam – VİDEO

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlılar Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmalarına qarşı keçirdiyi hərbi əməliyyata dəstək verməyə davam edir.

 

Bu istiqamətdə “Urmiya 90” komandasının azarkeşləri çərşənbə günü Urmiyanın Təxti stadionunda keçirilən görüşdə türk ordusuna dəstək nümayiş etdiriblər. Sircanın “Arman qohər” komandası ilə keçirilən qarşılaşmada  Azərbaycan komandasının azarkeşləri kürd terror qruplaşmalarını məhkum edib, türk əsgərlərinə hörmət əlaməti olaraq ayaqüstə durub onlara hərbi salam veriblər.

 

Oyunu qələbə ilə başa vuran “Urmiya 90” komandasının qeyrətli oyunçuları paltar dəyişmə otağında “Dağlar başı dumandı – Bura Azərbaycandır” şeirini birlikdə oxuyub, bütün sahələrdə Azərbaycana dayaq olduqları mesajını veriblər. Futbolçuların təqdirəlayiq hərəkəti sosial şəbəkələrdə azərbaycanlı tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

https://www.youtube.com/watch?time_continue=17&v=cxsdhTb-I5k

 

Türkiyənin antiterror əməliyyatına sabah Təbrizin səhənd stadionunda keçiriləcək “Traxtur”-“İstiqlal” görüşündə də dəstək nümayiş etdiriləcək. “Traxtur” tərəfdarları türk əsgərinə hərbi salam verməyi planlaşdırır.

 

Xatırladaq ki, Qərbi Azərbaycanın yerli olmayan kürddilli valisi Məhəmməd Mehdi Şəhriyarinin qərəzli münasibət bəslədiyi “Urmiya 90” klubunun ciddi maliyyə sıxıntısı var. Bütün problemlərə baxmayaraq komanda “Arman qohər”i məğlub etdikdən sonra İran çempionatının I dəstəsinin yarışlarında ikinci pillədə qərarlaşıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar