SON XƏBƏRLƏR

“Urmiya 90”la “Traxtur”un həssas görüşü hansı stadionda keçiriləcək?

2021.10.20, 07:36
“Urmiya 90”la “Traxtur”un həssas görüşü hansı stadionda keçiriləcək?

Gunaz.tv

GünAz TV: “Urmiya 90” klubu İran kuboku çərçivəsində keçiriləcək görüşdə Azərbaycanın “Traxtur” komandasını hansı stadionda qəbul edəcəyi hələ də dəqiqləşməyib.

 

Hər iki komandanın azərbaycanlılar tərəfindən sevilməsi və görüşlərində Güney Azərbaycanın demokratik və milli hüquqları ilə bağlı şüarların səsləndirilməsi görüşün əhəmiyyətini ikiqat artırıb. Şübhəsiz ki, azərbaycanlı azarkeşlər görüşün böyük və çox tutumlu stadionda keçirilməsinin tərəfdarıdır. Lakin bu barədə yayılan ziddiyyətli xəbərlərin ardı-arası kəsilmir.

 

Qərbi Azərbaycan Futbol Heyətinin katibi Hüseyn Niruyar İran kuboku çərçivəsində keçiriləcək “Traxtur”-“Urmiya 90” görüşünun noyabrın 26-da Urmiyada baş tutacağını deyib.

 

Hüseyn Niruyar

 

Bu barədə cümə axşamı günü jurnalistlərə danışan H.Niruyar oyunun yeni tikilən 15 min nəfərlik stadionda keçirilə biləcəyini bildirib. “Artıq 15 min nəfərlik stadionda işlər yekunlaşmaq üzrədir. Yaxında prezidentin müavininin iştirakı ilə açılış mərasimi də keçiriləcək. Əgər Futbol Federasiyasının Liqa Təşkilatı və digər səlahiyyətli orqanlar razılıq versələr, qarşıdakı həssas görüş bu stadionda keçiriləcək. Əks halda oyun Təxti stadionunda baş tutacaq.”- deyə o qeyd edib.

 

Ötən günlərdə isə “Urmiya 90” klubunun icraçı direktoru Yəhya Bahari oyunun “Təxti” stadionunda keçiriləcəyini qeyd etmişdir.

“Görüşün 15 min nəfərlik Bakiri stadionunda keçiriləcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Doxsan doqquz faiz ehtimalla görüş Urmiyanın Təxti stadionunda baş tutacaq. Ona görə ki, Bakiri stadionu standart vəziyyətdə deyil.”- deyə o “Fars” xəbər agentliyinə bildirmişdir.  

 

Qeyd etdiyimiz kimi, “Traxtur” və “Urmiya 90” Güney Azərbaycanda ən çox sevilən futbol komandaları sayılır. İran kuboku çərçivəsində keçiriləcək görüşdə stadionun milli şüarlarla lərzəyə gətiriləcəyi gözlənilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar