SON XƏBƏRLƏR

Urmiya gölü adasında bəbir göründü

2021.10.20, 07:36
Urmiya gölü adasında bəbir göründü

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Urmiya gölünün adalarının birində bəbir müşahidə olunub.

 

 

Bu barədə Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi idarəsinin rəsmisi Ümid Yusifi məlumat verib.

 

 

Yusifi bildirib ki, bu bəbir birinci dəfə keçən  sentyabr ayında Əşk adasında müşahidə oldu, daha sonra isə  Urmiya Gölü Milli Parkının müxtəlif adalarında yerləşdirilən kameralar tərəfindən görüntüləndi.

 

 

Gölün suyunun səviyyəsinin azalması və adaların quru ilə birləşməsi nəticəsində, indiyə kimi bu adalarda görünməyən bir neçə heyvan növü, o cümlədən, bəbir, canavar və çaqqal müşahidə olunub. Sözü gedən bəbirin adaya Marağa şəhərinin çöllərindən gəldiyi ehtimal edilir.

 


Əşk adasında qoç, qoyun və sarı maral kimi heyvanların, eləcə də şirin su bulaqlarının mövcud olması bəbirin bu adaya üz tutmasının əsas səbəblərindəndir.

 

 

Urmiya gölünün üzləşdiyi böhran vəziyyəti təkcə gölün ətrafında yaşayan insanlara deyil, eləcə də heyvanların və quşların yaşam şəraitinə mənfi təsir göstərir. Güney Azərbaycanda yaşayan bir çox heyvan növü məhv olma təhlükəsi ilə üz-üzədir.

 

 

1975-ci ildə milli park olmuş gölün su səviyyəsinin kəskin düşməsindən öncə adalarında 27 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş və 26 növ balıq yaşayırdı.

 

 

  

Ü.F  

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar