Hazırda Urmiya (Urmu) gölündə suyun həcmi 3.1 milyard kub metrdir.
Gunaz.tv
Bu barədə Urmiya Gölünün Bərpası Qərargahının əyalətlərlə iş üzrə şöbəsinin rəhbəri məlumat yayıb.
Onun sözlərinə görə, hazırda su səviyyəsi 1271.20 metr olan gölün sahəsi 2750 kvadrat kilometr təşkil edir.
Şöbə müdiri, həmçinin qeyd edib ki, Urmiya gölündə 3 milyard 160 milyon kub metr su var. Hansı ki, bu rəqəm ötən ilin oxşar dövründə 3 milyard 260 milyon kub metr idi.
Ə.A