SON XƏBƏRLƏR

Urmiya Şəhər Şurasının kürd üzvündən Azərbaycan türklərinə qarşı təhqiramiz ifadələr – VİDEO

2021.10.20, 07:36
Urmiya Şəhər Şurasının kürd üzvündən Azərbaycan türklərinə qarşı təhqiramiz ifadələr – VİDEO

Gunaz.tv

GünAz TV: Urmiya Şəhər Şurasının kürd üzvü Xalid Hatəmi şəhərin  türk əhalisinə qarşı aşağılayıcı ifadələr işlədib.

 

Çıxışının videosu sosial şəbəkələrdə yayılan Xalid Hatəmi böyük əksəriyyəti türk olan Urmiya əhalisini ağıldan kənar və yararsız qərar verməkdə günahlandırıb.

 

Şəhər Şurasının kürd üzvü türk əhalini “azəri” adlandıraraq Urmiyanın parlamentəki millət vəkilləri və Şəhər Şurasının üzvlərinin bu zehniyyətdən istifadə edərək seçkilərdə qalib gəldiklərinə eyham vurub.

 

O əhalinin sözdə bu vəziyyətə gəlməsini yanlış təbliğatla əlaqələndirib, bu istiqamətdə GünAz TV-nin adını çəkərək Güney Azərbaycanın uzun illərdir yeganə səsi olan televiziyasını da ittiham edib.

 

https://www.youtube.com/watch?time_continue=111&v=zqUlAUIcaOo

 

Urmiyanın türk əhalisinə qarşı dəfələrlə qərəzli mövqe sərgiləyən Xalid Hatəmi avqust ayında keçirilən bir tədbirdə Urmiyə bələdiyyə başçısının türkcə çıxışına etiraz edərək iclasda qalmaqal yaratmışdır.

 

Uzun illərdir ki, kürd terror qruplaşmaları Güney Azərbaycanın qərb bölgəsinə göz tikib. Bu ideya İran rejimi və bir çox radikal kürdlər tərəfindən də dəstəklənir. Rejim bölgədə həyata keçirilən kürdləşdirmə prosesinə müxtəlif yollarla dəstək verir. Radikal kürdlərin həssas hökumət postlarına gətirilməsi, kürdlərin qaçaqmalçılıqla məşğul olmasına şərait yaradılması və lazım gəldikdə qruplaşmaların terror aktı törətməsi kürdləşdirmə prosesinə təkan verən amillər sırasındadır. Şübhəsiz ki, Qərbi Azərbaycan Əyalətinin demoqrafik tərkibini dəyişdirməyi planlaşdıran qüvvələr bölgədə türk dili, Azərbaycan mədəniyyəti və ona aid olan proqramları məhdudlaşdırmağa çalışır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar