SON XƏBƏRLƏR

Urmiya və Xoy şəhərlərində azərbaycanlı fəalları saxlatdıran Ettellat əməkdaşlarını tanıyaq

2021.10.20, 07:36
Urmiya və Xoy şəhərlərində azərbaycanlı fəalları saxlatdıran Ettellat əməkdaşlarını tanıyaq

Gunaz.tv

GünAz TV: Urmiya və Xoy şəhərlərində güney azərbaycanlı milli fəalları kəşf edərək onları saxlatdıran iki Ettelaat əməkdaşının kimliyi müəyyən edilib.

 

Məlumata görə, bu şəxslər azərbaycanlı fəalları təzyiqə məruz qoymaqda və onların saxlanmasında xüsusi rol oynayır.

 

Görüntünün sağ tərəfindəki şəkil Qərbi Azərbaycanın mərkəzi şəhəri olan Urmiyada Azərbaycanın əleyhinə fəaliyyət göstərir. Teymur Camei xüsusi ilə stadionlarda azərbaycanlı fəalları kəşf edərək onları saxlatdırır.

 

Görüntünün sol tərəfindəki şəkil Hadi Abbaspurdur. O Xoy şəhərində virtual məkan fəalı və jurnalist adı ilə fəaliyyət edir. Hadi Abbaspur şəhərdə azərbaycanlı fəalların saxlanması və onların əleyhinə dosye quraşdırılmasında böyük rol oynayır.

 

Azərbaycanlı milli və mədəni fəallardan istənilir ki, adı çəkilən şəxsləri daha çox araşdıraraq Azərbaycan ictimaiyyətinə onların gizli fəaliyyəti barədə ətraflı məlumat versinlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar