SON XƏBƏRLƏR

Urmiya zindanında daha 3 məhbus edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

2021.10.20, 07:36
Urmiya zindanında daha 3 məhbus edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

Gunaz.tv

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum olunmuş daha 3 müttəhim, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlaşmaq üçün təkadamlıq kameralara köçürülüb.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə görə, Urmiyanın mərkəzi zindanında saxlanılan və adları hələlik mediaya açıqlanmayan müttəhimlər, iyulun 3-də həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb. Hər üç müttəhimin yaxın saatlarda dara çəkiləcəyi gözlənilir.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar