SON XƏBƏRLƏR

Urmiya zindanında daha 3 nəfər edam edilib. Dara çəkilənlər arasında Zeynəb Sekavənd də var

2021.10.20, 07:36
Urmiya zindanında daha 3 nəfər edam edilib. Dara çəkilənlər arasında Zeynəb Sekavənd də var

Gunaz.tv

GünAzTV: İranın Urmiya zindanında qəsdən adamöldürmədə günahlandırılan daha 3 nəfər edam edilib. Edam edilənlər arasında yeniyetməlikdə ərini qətlə yetirən Zeynəb Sekavənd də var.

 

 İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, müttəhimlər, Zeynəb Sekavənd, Salman Xan Əlilu və Həsən Hacilu oktyabrın 2-si sübh saatlarında Urmiyanın mərkəzi zindanında dara çəkilib.

 

Bildirilir ki, 15 yaşındaykən zorla ərə verilən və həmişə ərinin zorakılığına məruz qalaraq döyülüb təhqir edilən Zeynəb Sekavənd, 2011-ci ildə 17 yaşındaykən ailə daxili ixtilaflara görə ərini qətlə yetirməkdə günahlandırılıb.

 

Beynəlxalq Əfv Təşkilatı bundan əvvəl dəfələrlə bəyanat yayaraq, Zeynəbin qətl törədərkən yeniyetmə olduğunu vurğlayaraq ona çıxarılan ölüm hökmünün ləğv edilməsini tələb etmişdi.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar