SON XƏBƏRLƏR

Urmiyada Beynəlxalq Ana Dili Günü münasibəti ilə trakt paylanılıb

2021.10.20, 07:36
Urmiyada Beynəlxalq Ana Dili Günü münasibəti ilə trakt paylanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir.

 

Məlumata görə, Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəri olan Urmiyada Beynəlxalq Ana Dili Günü münasibəti ilə şəhərdə çox sayda trakt paylanılıb.

 

Bundan əlavə, azərbaycanlı fəallar fevralın 20-də şəhərin mərkəzi küçələrində əhali arasında şokolad paylayıb.

 

21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar