Urmiyə Şəhər Şurasının üzvündən anti-Azərbaycan valiyə cavab: Azərbaycan əhalisinin qeyrət damarını təhrik etməyin!

10.12.2018, 15:40

GünAz TV: Urmiyə Şəhər Şurasının üzvü Hüseyn Pənahi Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin ötən əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı törədilən Ciloluq qətliamını inkar edən çıxışına tutarlı cavab verib.

 

O bu barədə “Azərbaycan əhalisinin qeyrət damarını təhrik etməyin” başlığı altında bir mətn paylaşıb.

 

“Azərbaycan əhalisi tarix boyu bir çox zülm və qarətlərə məruz qalıb, lakin heç zaman zümlü cavabsiz qoymadığını sübut edib və bütün böhranları qəhrəmancasına qələbə ilə araxada qoyub. Azərbaycan hamiya qarşı tolerant və səbirli olub, buna baxmayaraq əsalisi savaş meydanlarında kişi kimi əməl edib, edir və edəcək.

Azərbaycanlı kişilərin qeyrəti kimsəyə gizli deyil, onlar qərəzli və içi boş planları hər zaman pozublar. Azərbaycanlılar öz cəsarətləri və kişilikləri ilə kimsəyə şanlı tarixlərinə kəc baxmağa icazə verməyib.

Bura Həsənilər, Əminilər, Bakirilər, Kazımxanlar və Əsgərxanlar kimi aslan kişilərin torpağıdır. Ona görə də Azərbaycan gəmisində oturub onu dəlməyə çalışmayın”- deyə şura üzvünün yaydığı mətndə qeyd olunub.

 

XX əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında erməni, asuri və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiblər. Kütləvi qırğın zamanı onminlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu tarixi hadisə, Ciloluq faciəsi kimi tarixə düşüb.

 

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir.

Məhəmməd Mehdi Şəhriyari dekabrın 7-də ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Ciloluq qətlimanını inkar edərək onu dəyərsiz hadisə adlandırıb. Mövzu ilə bağlı öyrəncilərin qarşısında çıxış edən vali bu məsələnin gündəmə gətirilməsini Qərbi Azərbaycanın inkişafına mane olduğunu bildirib.

Onun qərəzli çıxışı güney azərbaycanlılar tərəfindən kəskin etirazla qarşılanıb, soydaşlarımız Qərbi Azərbaycana təhmil olunan valinin tutduğu vəzifədən uzaqlaşdırılmasını tələb edir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27