SON XƏBƏRLƏR

Urmiyədə daha bir intihar şoku

2021.10.20, 07:36
Urmiyədə daha bir intihar şoku

Gunaz.tv

GünAz TV: Fevralın 7-i günortadan sonra Güney Azərbaycanın Urmiyə şəhərində intihar hadisəsi baş verib.

 

Məlumata görə, 25 yaşlı gənc özünü “Terminal Fələkəsi” körpüsündən ataraq intihar edib.

 

Canına qəsd edən gəncin kimliyi barədə məlumat verilməyib.

 

Hadisənin görüntüləri Teleqram kanallarında sürətlə yayılıb, lakin xəbər ölkə və əyalətin rəsmi kütləvi informasiya vasitələrində işıqlandırılmayıb.

 

Güney Azərbaycanda intihar faktlarının artması təsadüfi deyil. Bir çoxları bölgədə intihar göstəricilərinin yüksək olmasını sosial ədalətsizliklə əlaqədarir. Ölkə əhalisinin yaşadığı ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər şübhəsiz ki, insanların ictimai və fərdi həyatını dərindən ətkiləyir və intihar kimi hadisələrə yol açır.

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar