SON XƏBƏRLƏR

Urmiyədə “Firdovsi” adının üstündən xətt çəkib “Füzuli” yazdılar

2021.10.20, 07:36
Urmiyədə “Firdovsi” adının üstündən xətt çəkib “Füzuli” yazdılar

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda fars şovinizminin asimilasyon siyasətinə qarşı etirazlar müxtəlif formalarda özünü göstərir.

 

Məlumata görə, Urmiyə şəhərində rəsmi orqanlar tərəfindən “Firdovsi” adlanan xiyabanların birinin adı azərbaycanlı gənclər tərəfindən böyük tarixi türk şairinin adı ilə dəyişdirilib. Şəkildə göründüyü kimi, gənclər fars şovinizmini simvolizə edən “Firdovsi” adının üstündən xətt çəkərək yerinə “Füzuli” yazıblar.

 

 

Azərbaycanlı fəalların Firdovsi adına xüsusi həssaslığı onun Şahnamə əsərində türk millətinə qarşı düşmənçilik elementlərinin olmasıdır.

 

İranda Pəhləvi rejimi dövründən başlayan asimilasyon siyasətininin əsas hədəfi Azərbaycan türkləri olub. Bu siyasət İslam Cümhuriyyəti tərəfindən də davam etdirilir. Azərbaycan şəhər və kəndlərində coğrafi adların dəyişdirilməsi rejimin tətbiq etdiyi asimilasyon siyasətininin tərkib hissəsidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar