SON XƏBƏRLƏR

Urmiyədə keçirilən beynəlxalq voleybol yarışları zamanı azərbaycanlı yeniyetmə vəhşicəsinə döyülüb – VİDEO

2021.10.20, 07:36
Urmiyədə keçirilən beynəlxalq voleybol yarışları zamanı azərbaycanlı yeniyetmə vəhşicəsinə döyülüb – VİDEO

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Urmiyə şəhərinin “Durnalar yuvası” stadionunda keçirilən dünya millətləri voleybol liqası yarışları İran təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsi olmadan ötüşməyib.

 

Sosial şəbəkələrdə stadionda 16 yaşlı azərbaycanlı yeniyetmənin təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyüldüyünü göstərən video paylaşılıb. Hadisə ötən həftə baş versə də video cümə günü paylaşılıb.

 

İran təhlükəsizlik qüvvələrinin insanlığa sığmayan hərəkəti güney azərbaycanlıların etirazı ilə qarşılanıb. Yeniyetməni döyən məmurların yerli olmadığı, İranın digər şəhərlərindən Azərbaycana gətirildiyi bildirilir. Videoda göründüyü kimi, ətrafdakı insanlar məmurlara fars dilində səslənərək onlardan günahsız yeniyetməni buraxmağı, onu döyməməyi istəyirlər.

 

https://www.youtube.com/watch?time_continue=3&v=0Yk1pAd_E5M

 

Qeyd edək ki,  Urmiyənin “Durnalar yuvası” stadionunda iyunun 14-dən 16-dək keçirilən beynəlxalq yarışlarda stadionda tamaşaçı az olsun deyə internetdə bilet satışında problem yaradıldı, azərbaycanlı gənclərin bir çoxu bilet əldə edə bilmədi. Qərbi Azərbaycanın yerli olmayan kürddilli məsulları stadionda milli şüarlarımızın səsləndirilməsinə də mane olmaq istədilər, onlar bu barədə dəfələrlə xəbərdarlıq etdilər. Lakin bütün təzyiqlərə baxmayaraq azərbaycanlı gənclərın “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və s. kimi şüarları stadionu lərzəyə gətirdi.

 

Tamaşaçılardan bəziləri isə Qərbi Azərbaycan Əyaləti və Urmiyəyə göz tikən kürd terror qruplaşmalarına cavab olaraq "Urmiyə Azərbaycanın ürəyidir" plakatı qaldırdılar.

 

Oyundan sonra stadion ətrafında şənlik edən bir qrup gənc isə İran bayrağının yerinə Azərbaycanın üçrənglı bayrağını dalğalandırdılar. Onların Azərbaycanın doğma bayrağını nümayiş etdirməsi ətrafdakı soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandı. Urmiyə xiyabanlarında Azərbaycan bayrağından əlavə, Təbrizin "Traxtur" futbol komandasının bayrağı da nümayiş etdirildi.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar