SON XƏBƏRLƏR

Urmiyədə taksilərin gediş haqqı 34 faiz bahalaşır

2021.10.20, 07:36
Urmiyədə taksilərin gediş haqqı 34 faiz bahalaşır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın digər şəhərləri kimi Urmiyədə də taksilərin gediş haqqı bahalaşır.

 

Bu barədə Urmiyə Bələdiyyə İdarəsinin rəsmi saytında məlumat yayılıb.

 

Taksi sürücülərinin gediş haqqı ilə bağlı etirazından sonra bu barədə şəhərin bələdiyyə başçısı Məhəmməd Həzrətpur danışıb.

 

“Taksilərin gediş haqqının 20 faizdən çox artırılması düzgün olmasa da, sürücülərin ağır iqtisadi vəziyyətini nəzərə alaraq gediş haqlarının 34 faizədək artırılması təklif olunub. Ümid edirəm ki, şəhər əhalisi yeni qiymətləri normal qarşılayıb, bunu sürücülərə dəstək kimi qiymətləndirəcəklər. Bu addım taksi sürücülərinin daha yaxşı xidmət göstərəcəyinə səbəb olacaq.”- deyə o bəyan edib.

 

Sürücülərin ağır vəziyyətdən çıxarılmasının vacib olduğunu deyən bələdiyyə başçısı gediş haqlarının artırılması ilə bağlı yaxın günlərdə yekun qərar veriləcəyini bildirib.

 

Qeyd edək ki, İranın şübhəli nüvə fəaliyyəti Amerika Birləşmiş Ştatlarının bu ölkəyə iqtisadi sanksiyalar tətbiq etməsi ilə nəticələnib. Bu səbəbdən ölkədə ağır iqtisadi böhran hökm sürür. Güney Azərbaycanın bütün bölgələrini isə işsizlik, yoxsulluq və qeyri-adi bahalıq bürüyüb, əhali günü-gündən artan qiymətlərin öhdəsindən necə gələciyini bilmir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar