SON XƏBƏRLƏR

Urmiyədə voleybol derbisində milli şüarlar səsləndirilib – VİDEO

2021.10.20, 07:36
Urmiyədə voleybol derbisində milli şüarlar səsləndirilib – VİDEO

Gunaz.tv

GünAz TV: Urmiyədə bu şəhərin “Şəhrdari” və “Durna” komandalarının tərəfdarları Azərbaycana məxsus milli şüarlar səsləndiriblər.

 

Çərşənbə günü “Durnalar yuvası” (Qədir) stadionunda keçirilən derbidə təxminən 2 min nəfər tamaşaçı qismində iştirak edib.

 

Hər iki komandanın tərəfdarları “Azərbaycan timləri – Fərq etməz rəngləri”, “Sən çağırsan gələrəm mən – Sən yaşa Azərbaycan” və s. kimi şüarlar səsləndiriblər.

 

Görüş “21 Azər Hərəkatı”nın 73-cü ildönümündə keçirildiyi üçün stadionda çox sayda təhlükəsizlik qüvvələri və mülki geyimli məmurlar olub. Buna baxmayaraq gənc voleybol tamaşaçıları tarixi günün ildönümünü nəzərə alaraq bir çox şüarlar səsləndiriblər.

 

Voleybol komandaları tərəfdarlarının qarşılıqlı olaraq hər iki komandaya dəstək verməsi Güney Azərbaycan futbol komandaları arasında da müşahidə olunur. Bu, Azərbaycanın birliyi uğrunda əldə edilən uğur kimi qiymətləndirilir.

 

“Şəhrdari”-“Durna” görüşü 3-2 hesabı ilə “Şəhrdari”nin xeyirinə başa çatıb.

 

https://www.youtube.com/watch?time_continue=1&v=cRC95jC_o4A

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar