SON XƏBƏRLƏR

Urmiyədə voleybol görüşündə milli şüarlar səsləndirilib, Azərbaycan bayrağı qaldırılb-VİDEO / Məhəmməd Mehdi Şəhriyari televiziyanın operatoru ilə mübahisə edib

2021.10.20, 07:36
Urmiyədə voleybol görüşündə milli şüarlar səsləndirilib, Azərbaycan bayrağı qaldırılb-VİDEO / Məhəmməd Mehdi Şəhriyari televiziyanın operatoru ilə mübahisə edib

Gunaz.tv

GünAz TV: Urmiyədə keçirilən dünya millətləri voleybol liqasında Qərbi Azərbaycanın yerli olmayan kürddilli valisi Məhəmməd Mehdi Şəhriyari azərbaycanlılar tərəfindən səsləndirilən milli şüarları kameraya çəkdiyi  üçün televiziyanın operatoru ilə mübahisə edib.

 

Hadisə iyunun 14-də İranla Kanada komandalarının oyunu zamanı Urmiyənin “Durnalar yuvası” stadionunda baş verib.

 

Məlumata görə, 3-cü telekanalın operatoru soydaşlarımızın səsləndirdiyi milli şüarları kameraya çəkdiyi üçün valinin qəzəbinə tuş gəlib. Stadionun vəziyyətindən narahat olan vali oturduğu VİP oturacaqdan qalxaraq operatora yüksək səslə qışqırıb və onu şüarları çəkməməyə çağırıb. Onun valiyə yaraşmayan hərəkəti Teleradio Şirkətinin işçiləri tərəfindən 3-cü kanalın rəisinə çatdırılıb. Kanal rəisi isə bu məsələ ilə bağlı İran Teleradio Şirkətinin rəisi cənab Əsgəriyə məlumat verib. Bundan sonra Teleradio Şirkətinin rəisi ölkənin daxili işləri naziri Rəhmani Fəzl ilə əlaqə saxlayaraq Məhəmməd Mehdi Şəhriyarinin hərəkətləri ilə bağlı öz etirazını bildirib.

 

Məhəmməd Mehdi Şəhriyari

 

Stadionda tamaşaçı qismində iştirak edən soydaşlarımız isə bütün təzyiqlərə baxmayaraq “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və s. kimi şüarlar səsləndiriblər.

Tamaşaçılardan bəziləri isə Qərbi Azərbaycan Əyaləti və Urmiyəyə göz tikən kürd terror qruplaşmalarına cavab olaraq "Urmiyə Azərbaycanın ürəyidir" plakatı götürüblər.

 

 

 

Oyundan sonra stadion ətrafında şənlik edən bir qrup gənc isə İran bayrağının yerinə Azərbaycanın üçrənglı bayrağını dalğalandırıblar. Onların Azərbaycanın doğma bayrağını nümayiş etdirməsi ətrafdakı soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Urmiyə xiyabanlarında Azərbaycan bayrağından başqa "Traxtur" komandasının bayrağı da nümayiş etdirilib.

 

https://www.youtube.com/watch?v=pkbAy__9UWQ

 

https://www.youtube.com/watch?v=5wy1dLA2ejk

 

https://www.youtube.com/watch?v=VNpi7sDfrTo

 

https://www.youtube.com/watch?v=GlNGwUCxW80

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar