SON XƏBƏRLƏR

Urmiyədə yeni Zorxana açılacaq

2021.10.20, 07:36
Urmiyədə yeni Zorxana açılacaq

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində Zorxana idmanı üçün yeni salon tikiləcək.

 

Bu barədə Qərbi Azərbaycan Pəhləvanlıq və Zorxana İdmanı Heyətinin rəisi Kərim Asiyayi məlumat verib.

 

“Əyalətdə idman sahəsində ciddi maliyyə sıxıntısı var. Buna baxmayaraq Qərbi Azərbaycan valisi və Gənclər və İdman İdarəsinin rəisi Zorxana idmanı üçün yeni salonun tikilməsinə dəstək verir. Yeni tikiləcək salonda 500-dən 600-dək idmançı məşğul olacaq”- deyə o bildirib.

 

K.Asiyayi Qərbi Azərbaycan şəhərləri arasında Urmiyədə 2, Mahabad (Soyuq bulaq), Sulduz, Tikantəpə, Qoşaçay və Bukan (Bəy kəndi) şəhərlərinin hər birində isə 1 Zorxananın fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, Xoyun Zorxana salonu yarımçıq buraxılıb, onun fəaliyyət göstərməsi üçün maddi imkan yoxdur.

 

Qərbi Azərbaycan Pəhləvanlıq və Zorxana İdmanı Heyətinin rəisi bildirib ki, gələn ay əyalətin bütün şəhərlərində pəhləvanlıq mədəniyyəti həftəsi keçiriləcək.

 

Zorxana Azərbaycanın tarixi idman növlərindən biridir. Bu idman növü çox rəngarəngdir və digər növlərə bənzəmir. Bu növün tarixi çox qədimlərə gedib çıxır. Əvvəl-əvvəl zorxanalar döyüşçü və pəhləvanların fiziki hazırlıq hərəkətlərini icra etdikləri məkan olub. Onun damı gümbəz, döşəməsi isə yer səthindən aşağı olarmış. Onun 17-18-ci əsrlərdə idman növü kimi tanındığı yazılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar