SON XƏBƏRLƏR

Urmiyənin bələdiyyə başçısı torpaqların iraqlı kürdə buraxılması ilə bağlı bu sözləri deyib

2021.10.20, 07:36
Urmiyənin bələdiyyə başçısı torpaqların iraqlı kürdə buraxılması ilə bağlı bu sözləri deyib

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Urmiyə şəhərində tarixi bir ərazinin İraqın Ərbil şəhərindən olan Məhəmməd Əmin Novruzi adlı radikal bir kürdə buraxılması bölgə əhalisi arasında kəskin etiraza səbəb olub.


Etirazlar artıqca rəsmi orqanların öz mövqeyindən geri çəkilməsi müşahidə olunur. Son məlumata görə, Urmiyənin bələdiyyə başçısı Məhəmməd Həzrətpur rəsmi səhifəsində şəhər əhalisinə xitabət önəmli bir post paylaşaraq müqavilənin ləğv olunmasından bəhs edib.


“Əgər siz bazar ərazisinə sərmayə yatırımı ilə razı olmasanız, şübhəniz olmasın ki, bu müqavilə ləğv olunacaq. Sizin razılığınız mənim üçün birinci prioritetdir.”- deyə bildirilib.


Bələdiyyə başçısının açıqlaması vəziyyətin müsbətə doğru dəyişməsini göstərsə də, şəhər əhalisi müqavilənin ləğv olunub və ya olunmayacağını diqqətlə izləyir. Müşahidələr göstərir ki, etirazlar müqavilə ləğv olunanadək davam edəcək.


Bu arada Azərbaycan Mədəniyyət Ocağı Assosiyası mövzu ilə bağlı bəyanat yayaraq sözügedən ərazinin ticarət məqsədi ilə, həm də xarici bir şəxsə buraxılmasını kəskin pisləyib.

 

Azərbaycan Mədəniyyət Ocağı Assosiyası

 

Assosiya ərazinin “Məscid-i Cami”nin ətrafında yerləşməsini də nəzərə alaraq həmin məkanın Azərbaycanın kimliyinə aid mədəni və dini ayinlərin keçirilməsi üçün istifadə olunmasını təklif edib. Bəyanatda qeyd olunub ki, bu məkanda yaşıl zona, parking və hotel tikilməsi daha çox məqsədə uyğun olardı.


Qeyd edək ki, Qərbi Azərbaycan Əyalətində torpaqların satılması və bu kimi planlar bölgənin kürdləşdirilməsi prosesinə uyğun olaraq ən çox Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin səyi nəticəsində baş verir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar