SON XƏBƏRLƏR

Urmiyənin iş adamlarından vali və şəhərin bələdiyyə başçısının radikal kürdə torpaq satmasına etiraz

2021.10.20, 07:36
Urmiyənin iş adamlarından vali və şəhərin bələdiyyə başçısının radikal kürdə torpaq satmasına etiraz

Gunaz.tv

GünAz TV: Urmiyənin iş adamları şəhərin “Məscid Cami” ətrafında yerləşən tarixi ticarət ərazisinin irqalı bir kürdə satılmasına etiraz bildiriblər.

 

Onlar bu məqsədlə bir etiraz məktubu hazırlayıb, məktub çox sayda iş adamı tərəfindən imzalanıb.

 

İş adamları yazdıqları məktubda bəzi yerli məsullar, o cümlədən Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari və Urmiyənin bələdiyyə başçısı Məhəmməd Həzrətpura geniş ərazini Məhəmməd Əmin Novruzi adlı radikal kürdə buraxdıqlarına kəskin etiraz bildiriblər. Məhəmməd Əmin Novruzi İraqın Ərbil şəhərindəndir, onun PKK terror təşkilatı tərəfdarı və radikal kürdlərdən olduğu bildirilir.

 

Şimali Xorasanın Bocnurd şəhərindən olan Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari də radikal kürdlərdən sayılır. Yerli olmayan vali hər zaman Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyi ilə seçilib, o bölgənin kürdləşdirilməsi prosesinə uyğun olaraq qərarlar verir.

Məhəmməd Mehdi Şəhriyari sözdə islahatçı adlanan düşərgə tərəfindən Qərbi Azərbaycan Əyalətində vəzifəyə gətirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar