SON XƏBƏRLƏR

Urmiyənin millət vəkili etiraz əlaməti olaraq mikrofonu yerə çırpıb – Parlamentdə

2021.10.20, 07:36
Urmiyənin millət vəkili etiraz əlaməti olaraq mikrofonu yerə çırpıb – Parlamentdə

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur mikrofonunu bir neçə dəfə söndürüldüyü üçün yerə çırpıb.

 

Millət vəkili uşaq və yeniyetmələrin hüquqları ilə bağlı layihə müzakirə olduğu zaman dəfələrlə xəbərdarlıq etmək üçün söz istəyib, lakin ona fürsət verilməyib.

 

Məlumata görə, Məsud Pezeşkiyan açıq iclası aparmağa başladıqdan sonra N.Qazipur yenidən söz istəyib, lakin Pezeşkiyan “parlamentin qanunlarına görə xəbərdarlıqlar yalnız mövzu çərçivərində olmalıdır” deyərək ona yenə də söz verməyib. Bundan sonra, israrla vaxt istəyən N.Qazipurun mikrofonunu söndürülüb. Bu hərəkətdən narahat olan millət vəkili mikrofonu bərkdən yerə çırpıb.

 

M.Pezeşkiyan millət vəkilinin bu hərəkətinə reaksiya verərək mikrofonun onun əmri ilə deyil,  səs otağından söndürüldüyünü bildirib.

 

N.Qazipur bundan əvvəl də belə hadisələrlə çox üzləşib. Onun mikrofonu ən çox türklərə qarşı ayrı-seçkiliklərə etiraz etdiyi çıxışlarında söndürülüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar