SON XƏBƏRLƏR

Urmiyənin voleybol komandasının icraçı direktoru: “Hakim “Şəhrdari”-“Peykan” görüşündə qanunu pozub”

2021.10.20, 07:36
Urmiyənin voleybol komandasının icraçı direktoru: “Hakim “Şəhrdari”-“Peykan” görüşündə qanunu pozub”

Gunaz.tv

GünAz TV: Urmiyənin “Şəhrdari” voleybol klubunun icraçı direktoru Əhəd Yusifi çərşənbə günü Urmiyənin Qədir stadionunda keçirilən “Şəhrdari”-“Peykan” görüşünün yarımçıq buraxılmasında hakimi günahlandılrıb.

 

Bu barədə “Təsnim” xəbər agentliyinə danışan klub rəsmisi bildirib ki, yarımçıq buraxılan oyunun nəticəsi ilə bağlı Voleybol Federasiyasının İnzibati Komitəsinin dekabrın 4-də iclas keçirəcəyi ehtimal olunur, məhz bu iclasda oyunun nəticəsi ilə bağlı qərar veriləcək.

 

“Super liqa yarışlarının 10-cu həftəsində baş verən hadisə heç də udub-uduzmaq məsələsi deyildi. Bu oyunda voleybol qaydaları pozulub. Belə ki, rəqib komandanın meydançasında 7 oyunçu olub, bunu görən köməkçi hakim bizim xeyirimizə qərar verib. Bu qərar əsas hakim tərəfindən də dəstəklənib. Lakin rəqib komanda buna etiraz etdikdən sonra hakim gözlənilməz şəkildə rəyini dəyişib və topun yenidən oyuna daxil olmasına qərar verib. “Şəhrdari” komandası bu qərara görə bir xal (imtiyaz) itirib, bununla da oyun dayandırılıb. Bu, açıq-aşkar qanun pozuntusudur. Kütləvi informasiya vasitələrinin nümayəndələri də bizim haqlı olduğumuza şahiddir. Şübhəsiz ki, hakimin rəqib komandanın təsiri altına düşərək qərarını dəyişməsi qəbuledilməzdir”- deyə Ə.Yusifi bildirib.

 

“Şəhrdari” klubunun icraçı direktoru bəzi kütləvi informasiya vasitələrini yalnış məlumat yaymaqda ittiham edib. O bildirib ki, “Qərbi Azərbaycan telekanalında “Şəhrdari” komandasının 3:0 hesabı ilə “Peykan”a uduzduğu elan olunub. Halbuki, Voleybol Federasiyası oyunun nəticəsi ilə bağlı hələ öz rəyini açıqlamayıb. Bu barədə yayılan istənilən xəbər həqiqəti əks etdirmir.”

 

Qeyd edək ki, güney azərbaycanlılar uzun illərdir Təbrizin “Traxtur” futbol komandasına qarşı edilən ayrı-seçkiliklərə şahiddir. Bunun əsas səbəbi komandanın görüşlərində Azərbaycanın milli və demokratik hüquqları ilə bağlı müxtəlif şüarların səsləndirilməsidir. Son vaxtlar “Şəhrdari” voleybol komandasının oyunları zamanı milli şüar səsləndirən gənclərin sayı xeyli artıb. Məhz bu səbəbdən Azərbaycan komandasına  qarşı təzyiqlərin artacağı ehtimal olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar