SON XƏBƏRLƏR

“Urmu Bilim Yurdu Azərbaycan Mədəniyyət Ocağı” türkcə şeir gecəsinin ləğv olunmasını pisləyən bəyanat yayıb

2021.10.20, 07:36
“Urmu Bilim Yurdu Azərbaycan Mədəniyyət Ocağı” türkcə şeir gecəsinin ləğv olunmasını pisləyən bəyanat yayıb

Gunaz.tv

GünAz TV: “Urmu Bilim Yurdu Azərbaycan Mədəniyyət Ocağı” türkcə şeir gecəsinin universitetin təhlükəsizlik bölümü və “Sepah”ın nəzarətində olan qüvvələrin tərəfindən ləğv olunmasını pisləyən bəyanat yayıb.

 

Məlumata görə, “Azərbaycan Mədəniyyət Ocağı” “buz çiçəyi şeir gecəsi”ni dekabrın 2-i yerli vaxtla saat 18:30-da Şeir və Ədəbiyyat Dərnəyinin yardımı ilə keçirməli idi, lakin mərasim keçirilməsinə bir neçə saat qalmış ləğv olunub.

 

Bildirilir ki, şeir gecəsinə çox sayda şair və ədəbiyyatçının qatılacağı gözlənilirdi, proqramlar arasında aşıq mahnılarının ifa olunmasına da yer verilmişdir.

 

“Təəssüflər olsun ki, “buz çiçəyi şeir gecəsi” keçirilməsinə bir neçə saat qalmış universitet məsulları tərəfindən ləğv olundu. Mərasimlə bağlı geniş təbliğat aparılmışdır, hətta İrşad İdarəsinin Mədəniyyət Bölümü də razılıq vermişdir. Bu, universitet məsulları tərəfindən  mədəni tədbirlərə qarşı atılan birinci addım deyil, yəqin ki, sonuncu da olmayacaq. ”- deyə “Urmu Bilim Yurdu Azərbaycan Mədəniyyət Ocağı”nın yaydığı bəyanatda bildirilib.

 

Bəyanatda qeyd olunub ki, mərasimin təşkilatçıları yaranan problemin universitet məsulları ilə əlaqədar olduğuna inanır, ona görə də şeir gecəsinin ləğv olunmasının bütün məsuliyyəti universitet rəhbərliyinin üzərinə düşür.

 

Qeyd edək ki, İran rejimi Azərbaycan gəncləri və ziyalılarının bir araya gəlməsindən hər zaman çəkinib. Rejimin bu istiqamətdə təzyiqləri son vaxtlar daha geniş vüsət alıb. Dümək olar ki, Güney Azərbaycanın müxtəlif şəhərlərində heç bir mədəni tədbirin keçirilməsinə icazə verilmir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar