SON XƏBƏRLƏR

Urmu gölü daha bir dərslikdən ləğv edildi

2021.10.20, 07:36
Urmu gölü daha bir dərslikdən ləğv edildi

Gunaz.tv

GünAz TV: İranın Təhsil Nazirliyi ikinci sinifin dərsliyinin üz qabığından Urmu gölü xəritəsini silib.

 

Bunun böhran içində olan və hazırda 95 faizi quruyan Urmu gölünü unutdurmağa yönəldiyi məlumdur. Bundan əvvəl isə 5-ci sinif və daha yuxarı siniflərdə iki dərslikdə Urmu gölü İran xəritəsindən ləğv edilib.

 

Təhsil Nazirliyinin Azərbaycana qarşı yönələn hərəkəti soydaşlarımızın geniş etirazına səbəb olub.

 

Görünür ki, şagirdlərə Urmu gölünün yerləşdiyi ərazini göl kimi deyil, səhralıq kimi göstərmək İranın Təhsil Nazirliyi üçün prioritet məsələdir.

 

İran Urmu gölünün qurumasını adi və təbii bir hadisə kimi qələmə verib hətta unutdurmağa çalışdığı bir halda, bəzi ölkələr, o cümlədən Avstraliyada Urmu gölünün quruması prosesi dərsliklərə salınıb. Dərslikdə Urmu gölü böhranı insanın yanlışı və təbiətə müdaxiləsinin nəticəsi kimi göstərilir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar