SON XƏBƏRLƏR

Urmu gölü ətrafında şiddətli duz fırtınası baş qaldırıb - VİDEO

2021.10.20, 07:36
Urmu gölü ətrafında şiddətli duz fırtınası baş qaldırıb - VİDEO

Gunaz.tv

GünAz TV: Dekabrın 24-də Urmu gölü və onun ətraf bölgələrində duz fırtınası baş qaldırıb.

 

Fırtına gölün cənub-qərb bölgəsinin böyük hissəsini bürüyüb.

 

Duz fırtınası Qoşaçay-Sayınqala və Əcəbşer-Binab istiqamətlərində olduqca şiddətli olub.

 

Sosial şəbəkələrdə yayılan video və şəkillərdə fırtınanın çox şiddətli olduğu və geniş ərazini əhatə etdiyi müşahidə olunur.

 

Ekspertlər bölgədə baş verən duz fırtınaları ilə bağlı dəfələrlə xəbərdarlıq ediblər. Onların fikrincə, bölgənin əkin sahələri və ən önəmlisi 14 milyon insanın sağlamlığı ciddi təhlükə qarşısındadır. Havaya daxil olan duz zərrəcikləri insanların sağlıq durumuna ciddi şəkildə təhlükə yaradaraq, xərçəng (sərətan), göz xəstəlikləri, ağciyər xərçəngi, dəri problemləri, tənəffüs orqanlarının xəstəlikləri, qan təzyiqi hallarının artması və s. kimi xəstəliklərə səbəb olur. Hətta bəzi rəsmi şəxslər Urmu gölü ətrafında yaşayan əhali arasında bir çox xəstəlik, xüsusi ilə də göz xəstəliklərinin artdığını açıq-aşkar etiraf ediblər.

 

Duz fırtınaları təkcə gölə yaxın şəhər və kəndləri əhatə etmir, fırtına şiddətləndiyi zaman Ərak, Qəzvin və hətta Tehrana qədər çatır.

 

https://www.youtube.com/watch?time_continue=5&v=YN9Fev8sXig

 

 

Bütün bunlar azərbaycanlıları Urmu gölü uğrunda daha ciddi mübarizəyə çağırır. Əks halda gözlənilən faciə qaçılmaz olacaq və Güney Azərbaycan əraziləri duz və qum səhrasına çevriləcək. Əslində soydaşlarımız yaranan böhrana qarşı uzun illərdir mübarizə aparır, lakin bu günədək mübarizə heç bir nəticə verməyib və İran rejimi problemin həlli istiqamətində heç bir əməli addım atmayıb.

 

Aşağıdakı görüntülər duz sunamisi faciəsinin nə qədər yaxında olduğunu göstərir:

https://www.youtube.com/watch?v=TL7IAzxKNbM

 

https://www.youtube.com/watch?v=j_FhvBjDpXI

 

 

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar