Güneyli araşdırmaçı Əmir Çöhrəqoşanın Urmu gölü haqqında kitabı nəşr olunub

2021-04-08 11:30

Güney azərbaycanlı tədqiqatçı Əmir Çöhrəqoşanın Urmu gölü ilə bağlı yeni kitabı nəşr olunub. 

Gunaz.tv Quote | Gunaz article

“Urmiya gölünün tarixi coğrafiyası” adlı kitabda müəllif  səyahətnamələrə, gəmiçilik tarixinə, Qacar və Pəhləvi dövrlərinə aid arxiv sənədlərinə əsaslanaraq bu ərazinin neçə min illik tarixi coğrafiyasını təsvir edib.

Dörd fəsildən ibarət kitabın birinci fəslində Urmiya gölünün ümumi görünüşü təsvir edilir. İkinci fəsli "Başqalarının gözündə Urmiya gölü" adlanır. Üçüncü fəsildə Urmiya gölündə gəmiçiliyin tarixindən bəhs olunur. Dördüncü fəsil isə sənədlər və görüntülərdən ibarətdir.

 

Əmir Çöhrəqoşa kitabın girişində yazır: “Urmiya gölü özünəməxsus xüsusiyyətlərinə, o cümlədən irili-xırdalı 102 adanın mövcudluğuna, bir sıra adalarda şirin su qaynaqlarının olmasına, qiymətli qida qaynağı olan Artmiyanın göldə bolluğuna görə 1967-ci ildə qoruq bölgəsi elan olunub. Göldə nəsli tükənməkdə olan Flaminqo və Pelikan kimi nadir quşlar və bitki növləri yaşayır”. 

Müəllif müqəddimədə tarix və coğrafiya tədqiqatçılarının, turistlərin bu su hövzəsindəki gəmiçilik tarixi haqqında yazdıqlarına istinad edərək, göldə hidroterapinin əhəmiyyətli qaynaqlarının, zəngin mineralların, mərmər və duz mədənlərinin mövcudluğundan bəhs edir. 

Tarix üzrə tədqiqatçı alim Mənsurə Ettehadiyə də "Urmiya gölünün tarixi coğrafiyası" kitabının ön sözündə yazır: 

“Üç fəsildə cənab Çöhrəqoşa Urmiya gölünün qədim dövrlərdən bu günə qədərki durumunu araşdırmış, çoxsaylı kitablara istinad edərək və İran Milli Arxivindəki əsas qaynaqlardan yararlanaraq, gölün keçmişdən bu günə kimi davam edən tarixi, coğrafiyası və durumu barədə çoxunluğun bilmədiyi məqamlara aydınlıq gətirib və tanıtmışdır”.

 

Qeyd edək ki, güneyli tədqiqatçı Əmir Çöhrəqoşa bundan öncə Güney Azərbaycanın müxtəlif bölgələri, tarixi şəxsiyyətləri, tarixi və mədəniyyəti barədə çoxsaylı kitablar yazıb.

O, Əcəbşer, Marağa, Şişvan, Təbriz şəhərlərinin tarixi haqında, Səfərxan Qəhrəmaniyan həyatı və mübarizəsi barədə, Kürd silahlı birləşmələrinin başçısı İsmayıl Simitqonun Qərbi Azərbaycanda törətdiyi qırğınlar haqqında və b. mövzularda kitablar nəşr etdirib.

 

C.E

 

جغرافیای تاریخی دریاچه ارومیه کتاب شد

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17