SON XƏBƏRLƏR

“Urmu gölü” mövzusunda “Sən bir gün qayıdacaqsan” adlı fotosərgi keçirilir

2021.10.20, 07:36
“Urmu gölü” mövzusunda “Sən bir gün qayıdacaqsan” adlı fotosərgi keçirilir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində Qərbi Azərbaycan İncəsənət Qaleriyasında Urmu gölü mövzusunda fotosərgi keçirilir.

 

Rza Əmnzadənin “Sən bir gün qayıdacaqsan” adı ilə keçirilən sərgisi yanvarın 10-dək davam edəcək. Sərgidə 35 sənədli əsər nümayiş etdirilir. Əsərlər Urmu gölünün durumunu mərhələli və müxtəlif vəziyyətlərdə əks etdirir.

 

Sərginin girişində Fridun Muşirinin “Sən bir gün qayıdacaqsan” məşhur sözü gözə dəyir. Bu, Urmu gölünün gələcəyinə hələ də ümid olduğunu göstərməkdədir.

 

15 şəkil Urmu gölünü insanlardan uzaq və təcrid olunmuş vəziyyətdə təsvir edir. Sonra şəkillərdə insan görüntüsü əks olunub, lakin insanlar da gölü təcrid vəziyyətdən qurtarmır və gölün tənhalığı daha çox hiss olunur.

 

Sərgidə nümayiş etdirilən əsərlərin müəllifi Rza Əmnzadə bildirib ki, şəkillər elə düzülüb ki, gölün təcrid vəziyyətdə olduğunu təsvir edə bilsin. Görüntülər ağ və qara rəngdən ibarətdir. Ona görə ki, mənim fikrimə görə bu şəkildə sərginin mesajını izləyicilərə çatdırmaq daha rahatdır.

 

“Urmu gölünün hal-hazırdakı vəziyyəti nəzərə alındığı üçün şəkillər əsasən ümidsizliyi təsvir edir, gölün gələcəyi ilə bağlı qorxu və iztirab hissi aşılayır. Mən bir fotoqraf kimi Urmu gölünün durumu və öz hissiyatımı sənədli şəkildə təsvir etməyə çalışdım. Bütün bunlara  baxmayaraq sərgiyə elə bir ad seçdim ki, gölün gələcəyinə ümidlə baxa bilim.

 

Rza Əmnzadə 1976-cı ildə Güney Azərbaycanın Urmiyə şəhərində doğulub. Onun “təsviri irtibat” ixtisası üzrə yüksək lisansı var. O “Eşitmədiyim səs”, “uçuş otağı”, “Parkinq”, “501” və “Urmu gölü” kimi qısametrajlı filmlərin ssenari müəllifi və rejissoru olub.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar