SON XƏBƏRLƏR

Urmu gölü quruyarsa Azərbaycan səhraya çevrilər

2021.10.20, 07:36
Urmu gölü quruyarsa Azərbaycan səhraya çevrilər

Gunaz.tv
GünAzTv: Urmu Gölü son illərdə sönməyə başlayıb. Quraqlıqdan tutmuş ta barajların (sədd) inşası və Gölə tökülən suların başqa istiqamətlərə məcrasını dəyişmək kimi amillər, Urmu gölünü qurumaq təhlükəsi ilə qarşı qarşıya gətirib. Minlər ildən bəri Azərbaycanın gözü və işıqı olan dünya şöhrətli Urmu Gölünün qurumaq təhlükəsi çox ciddidir. Bu barədə mütəxəssislər həyəcan təbli çalır. Mütəxəssislərin fikricə Gölün gündən günə quruması, suyun gerilədiyi yerdə duz buraxır. Bu duz külək nəticəsində Azərbaycanın böyük vüsətdə ərazisinə dağılıb və torpaqlarımızı səhraya çevirəbilər. Gölün quruması bölgə üçün quraqlığa səbəb olacaq bununlada kənd əhalisinin Şəhərə köçməsi qaçırılmaz olacaq. Həmçinin bununla yanaşı Gölün quruması insanların səhiyyəsinə bir başa mənfi təsir göstərəcək. Bu barədə ekoloji mütəxəssisləri illərdir həyəcan təbli çalsada İran dövləti tərəfindən heç bir jiddi tədbir alınmayıb. bu isə Azərbaycan, xüsusi ilə Urmu bölgəsi üçün hədsiz önəmlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar