SON XƏBƏRLƏR

Urmu Gölünün daha bir özəlliyi... - FOTO

2021.10.20, 07:36
Urmu Gölünün daha bir özəlliyi... - FOTO

Gunaz.tv

GünAz TV:  Hazırda qurumaqda olan Urmu Gölü möcüzəvi xüsusiyyətlərə malikdir. Onun özəlliklərindən biridə müalicə mənbəsi olmasıdır.

 

Şəfa verən suları, palçıq və mineral (mə`dəni) duzları ilə su və çamur (ləcən) müalicəsi üçün fürsət yaradan Göl, günümüzə qədər saysız-hesabsız sayda insanların dərmanına səbəb olub.

 

Burda revmatik (romatism), dəri, qadin xəstəlikləri və  ... kimi xəstəliklərdən əziyyət çəkən insanlar özlərini dərman edirlər.

 

Həmçinin sudakı duzun miqdarinin çoxluğundan, suyun üzündə üzmədən qalmaq rahatlıqla mümkündür və bu şəkildə insanın əsəbləri dincəlir.

 

Göründüyü kimi Urmu Gölünün əhəmiyyəti müxtəlif səbəblərə görədir. Buna baxmayaraq Urmu Gölü İran rejiminin qəzəbindən qurtula bilmir.

 

 

 

 

 

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar