SON XƏBƏRLƏR

Urmu gölünün duzu daşınır, gölə kanalizasiya suları axıdılır - VİDEO

2021.10.20, 07:36
Urmu gölünün duzu daşınır, gölə kanalizasiya suları axıdılır - VİDEO

Gunaz.tv

GünAz TV: Uzun illərdir böhran içində olan Urmu gölünün duzu şirkətlər tərəfindən daşınır, bu kimi yollarla məntəqənin ətraf mühitinə daha çox ziyan vurulur.

 

Yerli mənbələrdən əldə olunan məlumata görə, fürsətçilər gəlir əldə etmək məqsədi ilə duzu toplayıb ərazidə çıxarırlar. Göldən götürülən duzlar sonra satışa çıxarılır.

 

Duzu daşıyan şirkətlər arasında hökumət adamlarına yaxın olan şirkətlər üstünlük təşkil edir. Bütün bunlar açıq-aşkar şəkildə həyata keçirilir, lakin dövlətin səlahiyyətli qanunları bölgənin ətraf mühitinə dəyən ziyana səssiz qalır, bu istiqamətdə hərhansı tədbir almırlar.

 

https://www.youtube.com/watch?time_continue=29&v=VzuM14vunUk

 

Duzların daşınması duz fırtınaları və nəticə etibarı ilə havadakı duz zərrəciklərini artıraraq bölgədə bir çox xəstəliklərə səbəb olur.

 

Urmu gölü ətrafında ekoloji problem yalnız bununla da məhdudlaşmır. İran dövləti ildə 260 milyon kubmetr kanalizasiya suyunun Urmu gölünə axıdılmasını planlaşdırır. Hazırda ətrafındakı məntəqələrin kanalizasiya suları təmizlənmədən gölə tökülür. Urmu Gölünü Canlandırma Mərkəzi bunu maliyyə imkanları və  təmizləmə-saflaşdırma qurğularının yetəri qədər olmaması ilə izah edir.

 

Bu barədə Urmiyənin iran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur bildirib ki, “2 nömrəli Urmiyə sənaye şəhərciyi” və digər məntəqələrin sənaye və qeyri sənaye tullantıları, həmçinin kanalizasiya suları birbaşa Urmu gölünə daxil olur. Bu məsələ ətraf mühit və bölgədə yaşayan insanların həyatını ciddi təhlükə ilə üz-üzə qoyur.

 

Bundan öncə Urmiyənin digər millət vəkili Nadir Qazipur da kanalizasiya sularının təmizlənmədən gölə axıdılmasına etiraz etmişdir. O problemin əsas səbəbini maliyyə vəsaitinin olmaması və Ətraf Mühit Təşkilatının Azərbaycanın ətraf mühitinə etdiyi xəyanətlə əlaqələndirmişdir.

 

Bir çoxları hətta təmizləndikdən sonra gölə axıdan kanalizasıya sularının da çirkli olduğunu iddia edir.

 

Bu barədə Nadir Qazipur bildirmişdir ki, “Urmiyədə təmizləmə-saflaşdırma qurğuları, sənaye tullantıları və kanalizasiya sularının həcminə heç bir şəkildə uyğun deyil. Elə bu səbəbdən də yağıntılar zamanı çirkli sular təmizlənmədən Urmu dölünə axıdılır. Bu isə ətraf-mühitə ciddi ziyan vurur.”

 

Qərbi Azərbaycan Ədliyyə Şöbəsi də sənaye tullantıları və kanalizasiya sularının gölə axıdılması nəticəsində ərazidə yaşayan bir çox quşların öldüyünü açıqlamışdır.

 

Bütün bunlara baxmayaraq Ətraf Mühit Təşkilatı, İran Enegetika Nazirliyi və digər səlahiyyətli orqanlar bölgədə canlıların həyatına ciddi təhlükə yaradan probləmə laqeyd yanaşır, bu istiqamətdə hərhansı addım atmırlar.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar