Urmu gölü ilə bağlı həyəcan təbili: Gölün Bərpa Mərkəzinin məsulu İranın Enerji Nazirliyini sərt tənqid etdi

2021-04-13 12:50

Urmu gölünün Reabilitasiyası Mərkəzinin məsulu Məsud Təcrişi  İranın Enerji Nazirliyini sərt şəkildə tənqid edib. 

Gunaz.tv Quote | Gunaz article

O, bildirib ki, Urmu gölünə axan çayların üzərində qurulan bəndlərdə su yığılır və razılaşmaya əsasən ilin bəlli vaxtlarında su gölə buraxılır. Ancaq Enerji Nazirliyi son bir ildə gölə suyun buraxılmasının qarşısını alıb.

 

Bu barədə Təbrizin "azaranjoman" saytı xəbər yayıb. Məlumata görə, Təcrişi deyib ki, 2020-2021-ci illər ərzində Urmu gölünün su payı 640 milyon kubmetr hesablanıb.

Ancaq yalnız 160 milyon kubmetr gölə su buraxılıb.

 

"Ali Su Şurası və Urmu Gölü Reabilitasiya Mərkəzinin qərarlarına görə, ətraf mühit və Urmu gölü üçün nəzərdə tutulan su payı əsas məsələ kimi nəzərə alınmalıdır"-deyən Məsud Təcrişi qeyd edib ki, Enerji Nazirliyi nədənsə bu qərarlara əhəmiyyət vermir və gölə nəzərdə tutulan suyun buraxılmasının qarşısını alır.

O, Ekologiya Təşkilatı və Urmu Gölü Reabilitasiya Mərkəzinin Enerji Nazirliyinə yazdıqları məktubların və etdikləri müraciətlərin heç bir nəticə vermədiyini, bu problemi Ekologiya Təşkilatının təklikdə həll edə bilməyəcəyini deyib.

 

Təcrişi su məsələləri ilə bağlı səlahiyyətlərin bir idarənin əlində olduğunu, o qurumun isə istədiyi vaxt istədiyi kimi davrandığını və bu sahədə ciddi hüquqi boşluqların olduğunu söyləyib.

Qeyd edək ki, Urmu gölü İranda ən böyük göl hesab olunur. Sahəsi təqribən 5000-6000 kv.km, hövzəsində suyun həcmi 20-24 milyard kubmetr olub, eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m yüksəklikdə yerləşir. 

 

Qədim türk dilində bu gölün adı «suda yaşayış yeri» anlamını verir.

Gölə Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay çaylarının suyu tökülür. Elmi mənbələrdə göstərilib ki, bölgəyə yağıntının ən az düşdüyü illərdə belə Urmu gölündə suyun səviyyəsi aşağı düşməyib, buna səbəb isə gölə yeraltı çayların axmasıdır.

 

1967-ci ildə Urmu gölü qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına salınıb.

Urmu gölünün qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çayların üzərində su anbarlarının tikintisinə başlanılıb. "Kənd təsərrüfatında inqilab” adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14