Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21 07:31

Urmu gölünün səviyyəsi ötən ilin eyni dövrünə nisbətən 55 sm azalıb. Bu barədə Qərbi Azərbaycan Regional Su Şirkətinin başqanı Məsud Talibiyan açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

Onun sözlərinə görə, Urmu gölünün hazırkı səviyyəsi 1271 metr 23 santimetrdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55 santimetr azdır.

 

Hazırda Urmu gölünün sahəsi 3446 kvadrat kilometrdir. Bu ötən ilin eyni dövründə 3591 kvadrat kilometr idi. Ötən ilin eyni gününə nisbətən bu il gölün sahəsi 145 kvadrat kilometr azalıb.

 

Məsud Talibiyan hazırda Urmmu gölündə 4 milyard 610 kubmetr suyun olduğunu bildirib. Onun sözlərinə görə ötən ilin eyni dövründə bu 6 milyard 490 kubmetrə bərabər idi. Bununlada bu müddət əvəzində gölün suyunun 1 milyard 880 milyon kubmetr azaldığı bəlli olur.


 
 Keçən ilin eyni dövründə 6 milyard 490 milyon kubmetr olan 4 milyard 610 milyon kubmetr su var.


Qeyd edək ki, isti havaların başlaması, su bəndlərindən buraxılan suların dayandırılması, buxarlanmanın çoxalması və yağıntı mövsümünün sona çatması nəzərə alınarsa, Urmu gölünün suyunun dahada azalacağı qaçılmazdır.


İki gün öncə Urmu Gölünü Bərpa Mərkəzin başqanı Məsud Təcrişi mətbuata verdiyi açıqlamada deyib ki, belə davam edərsə ekoloji fəlakəti önləmək mümkün olmayacaq.
"Göl bundan artıq qurusa toz fırtınaları baş qaldıracaq,  bir çox kəndlərin, yaşayış yerlərinin boşalmasına səbəb olacaq"-deyə, o bildirib.


Bərpa Mərkəzinin başçısı İran Enerji Nazirliyinin gölün bərpası layihəsini davam etdirmək üçün bu il heç bir vəsait ödəmədiyini deyib. 


"Yağıntılardan gölə yığılan su həcmi 20-35% azalıb və Enerji Nazirliyi gölün illik su payının 65%-ı gölə buraxmayıb”-deyə, Məsud Təcrişi sözügedən qurumu tənqid edib.


C.E

 


Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

https://gunaz.tv/az/new/urmu-golunun-qurumasi-barede-yeniden-xeberdarliq-edilib-1624094585

https://gunaz.tv/az/new/nasa-nin-peyk-fotolarindan-urmu-golunun-tamamile-qurumaqda-oldugu-gorunur-1623390529

https://gunaz.tv/az/new/tebriz-universitetinin-alimi-hokumetin-urmu-golu-ile-bagli-siyasetini-tenqid-edib-1620458786

https://gunaz.tv/az/new/urmu-golunun-reabilitasiyasi-merkezinin-mesulu-iranin-enerji-nazirliyini-tenqid-edib-1618303123

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30