Son illər Zoopark (Heyvan bağçası) və heyvanların qəfəsdə saxlanılmasına qarşı dünyanın bir çox ölkələrində müxtəlif dərnəklər qurulub.
Gunaz.tv
Onların fəaliyyəti bir çox Zooparklarda heyvanların saxlanılma standardlarının yüksəlməsinə, bir sıra qeyri-standard Zooparkların bağlanmasına səbəb olub.
Artıq dünyanın bir çox ölkələrində Zooparkların standardlara uyğun olması zərurəti təccüb doğurmur və bu çoxunluq tərəfindən müsbət qarşılanır.
Ancaq İranda bu standardlara demək olar ki riayət olunmur. Bu gün İranda “Ətraf Mühit Təşkilatının Qoruma və Ovçuluq Bürosun”nun hesabatına görə, ölkədə 70 Zoopark, heyvan və quşların saxlanılma məntəqəsi mövcuddur.
Onların arasında yalnız 14 Zoopark “Ətraf Mühit Təşkilatı”ndan fəaliyyət icazəsi alıb. Yerdə qalan bütün Zoopark və heyvanların, quşların saxlanılma məntəqəsi qeyri-standard və acınacaqlı durumdadır. Onlardan biridə Urmu şəhərinin Zooparkıdır.
C.E