Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19 09:21

İyunun 19-nun ilk saatlarında Güney Azərbaycanın Urmu şəhərində yerləşən bir sıra seçki məntəqələrində türklərlə mühacir kürdlər arasında qarşıdurma baş verib.

Gunaz.tv Quote | Gunaz article

Məllumata görə, 13-cü dövr prezident və 6-cı dövr şəhər şuralarına seçkilərinndə səsvermənin vaxtı bir neçə dəfə artırılıb. Saat 24:00-da səsvermə məntəqələrinin daha iki saat açıq olacağı elan edilib.  

Başqa şəhərlərdən avtobuslarla Urmuya gətirilən kürdlərin mühacir kürd namizədlərə səs vermək üçün seçki məntəqələrinə axını nəticəsində gərginlik yaranıb.

Onlar türk namizədlərin plakatlarını, fotolarını cırıb, yandırıblar.

Kürd terror təşkilatlarına yaxınlığı ilə tanınan mühacir kürd Məsud Şəmsnəjad guya Təbrizdən Urmuya gələn qrupla bağlı yalan xəbərlər yayıb. 

“Təbrizdən gələn pantürkistlərin Urmuda səsverməsinə etiraz etdiyim üçün məni təhqir edib və döydülər. Ümid edirəm bu pantürkistlər qədər bizim də qeyrətimiz olacaq ki, öz ailə üzvlərimizi, qohumlarımızı və yaxın çevrəmizi seçki məntəqələrinə gətirək. Bununla da pantürkistlərin cavabını vermiş olaq”-deyə, o, mühacirləri məntəqələrə çağırıb.

Urmunu "kürd şəhəri" kimi qələmə verən Məsud Şəmsnejad mühacirlərə çağırış edib. 

"Səsvermənin vaxtı daha 2 saat artırıldı, öz kimliyimizi qorumaq üçün səsvermə məntəqələrinə gəlin”-deyə, o, bildirib. 

Bundan sonra seçki məntəqələrinə gətirilən kürdlər türk namizədlərin təşviqat materiallarını cıraraq yerə atıblar. Azğınlaşmış mühacirlər plakatları qaralayıb və üstünə kürd dilində “Yaşasın Kürdüstan” yazıblar.

Gündüz saatlarında seçki məntəqələrində heç bir aktivlik müşahidə olunmayıb. 

Vətəndaşlar səsverməyə maraq göstərməsə də, bu hadisələrdən sonra bir neçə yerdə türklər və mühacir kürdlərdən ibarət qruplar səsvermə məntəqələrinə toplaşıb.

Mühacir kürdlərin təxribatlarına cavab olaraq yerli türk əlahinin bir qismi bələdiyyə binası qarşısına- “Əyalət meydanı”na toplaşıb. Onlar “sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan", "Eybi yoxdur ölərəm mən, sən yaşa Azərbaycan”, “Bu torpaqdan pay olmaz, Urmu Kürdüstan olmaz” və başqa milli məzmunlu şüarlar səsləndiriblər.
 

 

 

C.E

 

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

https://gunaz.tv/az/new/urmu-birlik-sesi-urmu-seher-surasi-seckilerinde-vahid-siyahi-1623662064

https://gunaz.tv/az/new/iranda-sesverme-sonuk-kecir-1624008468

https://gunaz.tv/az/new/iraqin-simalindaki-muxtar-bolge-qerbi-azerbaycan-seckilerinde-mudaxile-edir-videofoto-1623483437

https://gunaz.tv/az/new/gunaztv-nin-rehberinin-barzanilerin-urmu-seckilerindeki-mudaxilesine-reaksiyasi-video-1623490147

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24