Urmulu milli fəal Salar Tahir Əfşar saxlanıldı

2021-04-19 15:28

​​​​​​​Güney Azərbaycanın Urmu şəhərindən olan milli-mədəni fəal Salar Tahir Əfşar saxlanılıb. 

Gunaz.tv Quote | Gunaz article

O, bundan öncə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə etiraz aksiyalarda iştirak etdiyi üçün saxlanılmışdı.

Verilən məlumata görə, bu gün Urmu (Urmiya) şəhərinin təhlükəsizlik məmurları milli-mədəni fəalın ata evinə basqın edərək onu saxlayıblar.

 

Yaxınlarının bildirdiyinə görə, milli fəal Urmu şəhərinin təhlükəsizlik idarəsinə aparılıb.

Qeyd edək ki, bundan öncə 4 il həbs cəzasına məhkum edilən milli fəalın cəzası Qərbi Azərbaycan əyalətinin apellyasiya məhkəməsinin 13-cü şöbəsi tərəfindən 1 ilə endirilib.


 
Qərbi Azərbaycan əyalətinin apellyasiya məhkəməsinin 13-cü şöbəsinin hakimləri Əlipur və Rəcəbi milli fəala qarşı irəli sürülən “qanunsuz təşkilat qurmaq” ittihamından bəraət veriblər. 

Onlar ibtidai məhkəmənin “hökumətə qarşı təblığat” ittihamını 1996-cı ildə təsdiq edilmiş İslami Cəza Qanununun 500-cü maddəsinə uyğun hesab edərək S.T.Əfşarın 1 il həbs cəzasını qüvvədə saxlayıblar.


 
Urmulu fəal 2020-ci il iyulun 16-da, Ermənistan-Azərbaycan Tovuz sərhədində baş verən toqquşmadan sonra Azərbaycan Respublikası və ordusuna dəstək məqsədi ilə keçirilən mitinqlərlə əlaqədar Urmuda saxlanılmış və bir neçə gün sonra 50 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.


 
Milli fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və təhdid edilib. O, 2019-cu ildə Urmu şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “qanunsuz təşkilata üzv olmaq” ittihamı ilə 1 il həbs cəzasına məhkum olunmuşdu. Sonradan həbs cəzası 1 milyon tümən dəyərində nağd cərimə ilə dəyişdirildi.


 
C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14