Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18 09:35

Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi Seyid Salman Zakir ictimai nəqliyyatdakı problemlərdən danışıb. 

Gunaz.tv Quote | Gunaz article

Mətbuata verdiyi açıqlamada şəhərin ictimai nəqliyyatında çalışan 300 sürücünün dəfələrlə keçirdikləri tətil və etiraz aksiyalarından bəhs edən Seyid Salman hökumətin siyasətini tənqid edib.

Hökumətə çağırış edən Seyid Salman sürücülərə verilərn vədlərin yerinə yetirilməsini vacib sayıb. O, bidlirib ki, supsidiyalar verilməli, gecikdirilmiş maaşlar ödənilməli, sürüclərin pozulmuş hüquqları təmin olunmalıdır.

“Urmu şəhərinin avtobus parkı köhnəlib və şəhər əhalisinin tələbatını qarşılaya bilmir. Avtobus parkına yeni ictimai nəqliyyat vasitələrinin artırılması lazımdır”–deyə, Seyid Salman bildirib.


Salman Zakir Urmu bələdiyyəsinin bu sahədəki qeyri-qənaətbəxş fəaliyyətini də tənqid edib. O, qeyd edib ki, bələdiyyə sürücülərin və ictimai nəqliyyat problemlərinin aradan qaldırılması üçün ciddi və təxirəsalınmaz tədbirlər görməlidir.

Xatırladaq ki, son aylar ərzində Urmu şəhərində sürücülər dəfələrlə aksiya keçirib. Etirazlar nəticə vermədiyi üçün onlar ötən ilin dekabr ayının 28-də Tehrana gedib İran parlamentinin binası qarşısında da aksiya keçirmişdilər.

Son vaxtlar Güney Azərbaycanın müxtəlif şəhərlərində iş adamlarının və müxtəlif sahələrdə çalışan işçilərin onlarla etiraz aksiyası qeydə alınıb.

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin yaydığı son hesabata görə, 2021-ci ilin ilk 3 ayı ərzində Təbriz, Urmu, Ərdəbil, Həmədan, Qəzvin, Kərəc, Ərak və başqa şəhərlərdə 70 etiraz aksiyası keçirilib. 

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Makıda şəhər şurasının üzvü həbs edilib

2021-06-13

gun az article

Ərdəbildə qrafitlər və divar yazıları: “Azərbaycanlı məhbusların hüquqlarını pozan məhkəmə sisteminin başçısı xalqın hüquqdan danışmasın!”-FOTO

2021-06-13

gun az article

Güney azərbaycanlı məhbusların aclıq aksiyası genişlənir-Daha üç məhbus aksiyaya qoşuldu

2021-06-13

gun az article

Təbrizdə iki mədəni fəal həbsxanaya aparılıb

2021-06-12

gun az article

Keçmiş siyasi məhbuslardan Abbas Lisaniyə dəstək

2021-06-12

gun az article

Təbrizdə Abbas Lisaniyə dəstək verilib-FOTO

2021-06-12

gun az article

Abbas Lisaniyə dəstək aksiyası davam edir

2021-06-12

gun az article

Rəşt şəhərində türklərə məxsus yer adları dəyişdirilir-VİDEO

2021-06-12

gun az article

Zənganın ölümə aparan yolları: Ən azı 1600 kilometr yol təmir edilməlidir

2021-06-12

gun az article

Günaz.TV-nin rəhbəri İraq kürdlərinin Urmu seçkilərindəki müdaxiləsinə münasibət bildirib-VİDEO

2021-06-12

gun az article

Abbas Lisaninin başladığı aksiya genişlənir: Siyasi məhbus Yusif Kari də aclığa qoşuldu

2021-06-12

gun az article

İraq kürdləri Qərbi Azərbaycan seçkilərinə müdaxilə edir-FOTO, VİDEO

2021-06-12

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ələ keçdi

2021-06-12

gun az article

Abbas Lisani aclıq aksiyasına başladı

2021-06-12

gun az article

Ərdəbildə divarlara milli şüarlar yazıldı: “Tehranda seçkilər, Azərbaycanda aclıq aksiyası”-FOTO

2021-06-12

gun az article

GünazTV June.11.2021: Körpü: İran'da Qondarma Seçkilər, Güney Azərbaycan Milli Hərəktinin Tarixi Qalibiyyəti

2021-06-12

gun az article

GünazTV June.11.2021-Azadlıq səsi: Milli hərəkat və seçki

2021-06-12

gun az article

Milli hökumətin başçısı Seyid Cəfər Pişəvərinin doğum günüdür

2021-06-12

gun az article

Urmulu türk xanım Parisdə Beynəlxalq Karate Liqasının münsif üzvü seçildi

2021-06-11

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Urmu gölünün bərpasından danışıb

2021-06-11