"Ölkənin qızıl ehtiyatının 40 faizi Tikantəpədədir, ancaq əhali yoxsulluqdan əziyyət çəkir"-Urmunun millət vəkili

2021-06-05 15:35

Qərbi Azərbaycanın İran parlamenti Nümayəndələri Palatasının başçısı, Urmu şəhərinin millət vəkili Salman Zakir Tikantəpə əhalisinin üzləşdiyi sosial-iqtisadi problemlərdən danışıb. 

Gunaz.tv Quote | Gunaz article

"Ölkənin qızıl ehtiyatlarının 40 faizinin Tikantəpədə olsa da, bölgə əhalisi bundan yararlana bilmir və yoxsulluqdan əziyyət çəkir"-deyə, Salman Zakir bildirib.

Millət vəkili deyib ki, bunun əsas səbəbi qeyd olunan ehtiyatların emalı sənayesinin bölgədə olmaması və mədənlərdən çıxarılan qızılın çoxunun xam mal kimi başqa əyalətlərə daşınmasıdır.

“Təəssüflə qeyd etməliyəm ki, bu mədənlərin potensialından istifadə edilmir, yeni iş yerləri yaradılmır.  Tikantəpə gənclərinin çoxu işsizlikdən əziyyət çəkir”-deyə, Salman Zakir “İLNA” xəbər agentliyinə verdiyi müsahibədə deyib. 

Millət vəkili Tikantəpə bölgəsinin iqtisadiyyatının mədənlərə əsasən planlaşdırıldığını, ancaq bunun əksinə əldə olunan qazancın başqa bölgələrə, başqa şəxslərin cibinə getdiyini və yerli əhaliyə heç bir fayda vermədiyini söyləyib.    

Salman Zakir Qərbi Azərbaycan əyalətindəki qızıl sənayesinin canlandırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, xalq İranın Sənaye, Mədən və Ticarət nazirindən bölgədə yeni sənaye müəssisələrinin yaradılmasını tələb edir.

Deputat Tikantəpədəki qızıl mədənlərinin ətraf mühitin çirklənməsinə səbəb olduğunu vurğulayıb. O, deyib ki, mədənlər bölgə əhalisinin evlərinə və əkin və otlaq sahələrinə ciddi ziyan vurur. 

Urmunun millət vəkili bildirib ki, qanunda mədən sənayesinin fəaliyyəti nəticəsində zərər çəkmiş əhaliyə kompensasiyanın ödənilməsi nəzərdə tutulur. Lakin bu günə kimi bu istiqamətdə hər hansı bir irəliləyiş müşahidə edilməyib.

“Qanuna görə qızıl mədənlərindən əldə edilən qazancın 15 faizi bölgənin inkişafına xərclənməlidir. Ancaq buna əhəmiyyət verilməyib və bölgə əhalisinin kənd təsərrüfatı fəaliyyətlərində mənfiyə doğru ciddi dəyişiklik baş verib”-deyə, mövcud durumdan əhalinin narazı olduğunu açıqlayıb.

Qeyd edək ki, Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir.

Lakin İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.
 
Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər. 

Beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır. 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24