SON XƏBƏRLƏR

Jurnalistləri Müdafiə Komitəsindən İran hökumətinə tələb: "Həbsdə olan bütün jurnalistlər dərhal azad edilsin"

2022.11.02, 09:06
Jurnalistləri Müdafiə Komitəsindən İran hökumətinə tələb: "Həbsdə olan bütün jurnalistlər dərhal azad edilsin"

Gunaz.tv

Komitə qeyd edib ki, bu jurnalistlər son 6 həftədə həbs edilib və onlardan 14-ü zaminə buraxılıb.

Jurnalistləri Müdafiə Komitəsi BMT Təhlükəsizlik Şurasından İranda insan haqları pozuntularını sənədləşdirmək üçün mexanizm yaratmaqla İslam Respublikasını məsuliyyətə cəlb etməyi tələb edib.

Məhsa Əmininin öldürülməsi barədə ilk xəbəri yayan iki jurnalist Nilufər Hamidi və İlaha Məhəmmədinin İslam Respublikası tərəfindən casusluqda ittiham edilməsinə toxunan Jurnalistləri Müdafiə Komitəsi, irəli sürülən ittihamın bu iki jurnalisti edam riski ilə üz-üzə qoya biləcəyi ilə bağlı xəbərdarlıq edib.

İlahə Məhəmmədi sentyabrın 29-u səhər saatlarında İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşşları tərəfindən həbs edilib.

Adı çəkilən jurnalist Məhsa Əmininin Saqqız şəhərində dəfn mərasimində reportaj hazırlayayıb yayan iki nəfərdən biri olub.

Nilufər Hamidi isə Məhsa Əmininin Tehranın Kəsra xəstəxandakı fotolarını yaydığı üçün sentyabrın 22-də Tehrandakı evində saxlanılıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar