SON XƏBƏRLƏR

Jurnalistlərin Kəlbəcərdə mina partlayışı baş vermiş əraziyə səfəri başlayıb

2022.12.15, 09:44
Jurnalistlərin Kəlbəcərdə mina partlayışı baş vermiş əraziyə səfəri başlayıb

Gunaz.tv

 Səfər Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Məqsəd azad olunmuş ərazilərdə ermənilərin basdırdığı mina və onların fəsadları ilə tanışlıqdır.

Qeyd edək ki, dekabrın 14-də, Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar