SON XƏBƏRLƏR

Urumçidə komendant saatı tətbiq edilib

2021.10.20, 07:36
Urumçidə komendant saatı tətbiq edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Çinin dövlət mediasının bildirdiyinə görə, hökumət ölkənin qərbi Sincan əyalətinin əsas şəhəri olan Urumçidə komendant saatı tətbiq edib. Rəsmi Sinxua xəbər agentlyinin bildirdiyinə görə, komendant saatı bu gün yerli vaxtla axşam saat 9-dan sabah səhər saat 9-dək qüvvədə olacaq. Bu qərar yerli uyğurların çinli hanlarla toqquşmalarla bitmiş qarşıdurmasından sonra qəbul edilib. Bazar günü baş vermiş iğtişaşlar nəticəsində azı 156 adamın öldüyü bildirilir. Bu gün səhər saatlarında da polis han çinlilərin keçirdikləri mitinqi dağıdıb. Bundan əvvəl isə etnik çinli hanlar əllərində dəyənək, çubuk və digər silah növləri ilə Urumçi şəhərində yürüş keçiriblər. Onlar deyib ki, bu üsulla özlərini müsəlman uyğurlardan qoruyurlar.voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar