SON XƏBƏRLƏR

"Rusiya-NATO hərbi münaqişəsi baş verərsə, qalib olmayacaq"-Putin Makronla görüşüb

2022.02.08, 08:26
"Rusiya-NATO hərbi münaqişəsi baş verərsə, qalib olmayacaq"-Putin Makronla görüşüb

Gunaz.tv

Rusiya və Fransa prezidentləri arasında danışıqlar 5 saatdan bir qədər çox davam edib.

Öncə Kremlin birinci binasının nümayəndəliyində təkbətək görüşüb, daha sonra işgüzar nahar ediblər.

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla videoformatda keçirdiyi görüş barədə məlumatlandırıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

V.Putin əlavə edib ki, tərəflər rusiyalı sülhməramlıların Qarabağda sülhün təmin edilməsindəki rolunu yüksək qiymətləndiriblər.
Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqları mənalı adlandırıb və təhlükəsizlik təminatları üzərində birgə işləmək barədə razılığa gəldiyini açıqlayıb.

“Avropada sabitliyin və təhlükəsizliyin yeni nizamını təmin etmək üçün birgə işləmək arzusundayıq”, - Makron bildirib.

Makron hesab edir ki, Avropada sabitlik və təhlükəsizliklə bağlı sazişlərə yenidən baxılması Avropa ölkələrinin ziyanına olmamalıdır.

“Mən düşünmürəm ki, yeni şərtlərin formalaşması sazişlərə və ya fundamental prinsiplərimizə qismən yenidən baxılması və ya Avropa dövlətlərinin hüquqlarının pozulması yolu ilə baş verməlidir. 

Rusiya 30 ildir qüvvədə olan müqavilələrə yenidən baxmaq istəyir. Qitəmizin təhlükəsizliyi bizdən keçmişin səhvlərindən qaçmağı tələb edir. Ötən illər ərzində Rusiya ilə qurulan strateji və tarixi dialoq irəliləyişə kömək edə bilər”.

“Moskva NATO-nun şərqə doğru genişlənməsinin qəti əleyhinədir, çünki bu, Rusiya üçün təhlükə yaradır”.

Bunu isə Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əgər Ukrayna NATO-ya daxil olarsa və Krıma hücum edərsə, o zaman Rusiya ilə alyans arasında münaqişə yaranacaq.


Putin vurğulayıb ki, Rusiyanın narahatlığını ümumi Avropa təhlükəsizliyi ilə bağlı məsələlər də diktə edir. Rusiyanın prezidenti hesab edir ki, Rusiya ilə NATO arasında hərbi münaqişə baş verərsə, qaliblər olmayacaq:

“Mən danışdım, amma çox istərdim ki, nəhayət məni eşidin və bunu internetdə oxucularınıza, izləyicilərinizə və istifadəçilərinizə çatdırasınız: başa düşürsünüzmü, ya yox ki, Ukrayna NATO-ya üzv olarsa və əgər Krımı hərbi yolla qaytarmaq istəsə, Avropa ölkələri avtomatik olaraq Rusiya ilə hərbi münaqişəyə cəlb olunmayacaq?

Qaliblər olmayacaq. Rusiya Federasiyası nüvə dövlətlərindən biridir”.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar