SON XƏBƏRLƏR

Rusiya səfiri: "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi həlli gündəmdədir"

2021.11.19, 10:40
Rusiya səfiri: "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi həlli gündəmdədir"

Gunaz.tv

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında deyib.

Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan səfir ekspert rəyinin ikitərəfli münasibətlərdə mühüm amillərdən biri olduğunu vurğulayıb: “Əlaqələrin inkişafı və mehriban münasibətlər regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına imkan verir".

Rusiya səfiri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında nəqliyyat və kommunikasiyaların yenidən qurulması işi aparılır: "3+3 formatı çox əhəmiyyətlidir. Demilitasiya və demarkasiya məsələlərinin həll edilməsi gündəmdə olan məsələlərdir". (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar