SON XƏBƏRLƏR

“Rusiya və KTMT-nin ordusundan Azərbaycan əleyhinə istifadə etmək qadağandır” – KTMT-nin sabiq baş katibindən etiraf

2021.11.26, 15:09
“Rusiya və KTMT-nin ordusundan Azərbaycan əleyhinə istifadə etmək qadağandır” – KTMT-nin sabiq baş katibindən etiraf

Gunaz.tv

Bu sözləri KTMT-nin sabiq baş katibi Nikolay Bordyuja “Sputnik Armeniya”ya verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, KTMT-nin postsovet məkanda bu və digər münaqişələri neytrallaşdıra bilər. Bordyuja deyib ki, KTMT istənilən situasiyanı güc yolu ilə təsir göstərmək üçün lazım olan bütün imkanlara malikdir: “Amma bu alətlərdən istifadə etmək olmaz. Rusiya və Ermənistanın müttəfiqi sayılan digər ölkələrin silahlı qüvvələrini Azərbaycan əleyhinə istifadə etmək olmaz. 

Bunun necə mümkün olacağını sadəcə təsəvvür edə bilmirəm. Ona görə ki, həm Ermənistan həm də Azərbaycan MDB-yə daxildir. Deməli tənzimləmə üçün dinc yolları axtarmaq lazımdır”.

O vurğulayıb ki, ona görə Rusiya prezidenti və XİN Ermənistan və Azərbaycan arasında böyük müharibənin başlanmaması üçün ekstraordinar tədbirlərə əl atır.

KTMT-nin sabiq baş katibi Bordyujanın 2016-cı ildə aprel müharibəsi zamanı verdiyi bəyanat postunun itirməsi ilə nəticələnib. Onun müharibənin “Dağlıq Qarabağ Respublikası” ərazisində getdiyi barədə bəyanatı Azərbaycanın ciddi etirazı ilə qarşılandı və bir neçə gündən sonra KTMT-nin Moskvada iclası zamanı baş katib postundan getdiyi barədə məlumat verildi. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar