SON XƏBƏRLƏR

Rusiyada böhrandan çıxmaq üçün 1 triliyon rubl tələb olunur

2022.03.11, 05:47
Rusiyada böhrandan çıxmaq üçün 1 triliyon rubl tələb olunur

Gunaz.tv

”İzvestiya” qəzeti bu barədə Nazirlər Kabinetinin plan layihəsinə istinadən xəbər yayıb. Nəşrin məlumatına görə, bu vəsaitin böyük hissəsi sosial dəstəyə, daha doğrusu məşğulluğun stimullaşdırılmasına və işsiz qalanlara yönləndiriləcək. Kiçik və orta biznesə kömək üçün 23,3 milyard rubl, sənayeni dəstəkləmək üçün isə 20 milyard rubl ayrılacaq.

Əmanətlərin sığortalanması həddinin 1,4 milyon rubldan 2 milyon rubla qədər artırılması da nəzərdən keçirilir.

Bu arada “Böyük Yeddilik” (G7) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Ukraynaya hücumla əlaqədar yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etməyə hazırlaşır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.

ABŞ-ın paytaxtı Vaşinqtonda Atlantik Şurada çıxış edən nazir, hansı tədbirlərin müzakirə oluna biləcəyini dəqiqləşdirməyib. “Biz artıq G7 ilə yeni sanksiyalar paketi üzərində işləyirik”, - nazir deyib.

Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, rəsmi Moskvaya qarşı məhdudiyyətlər Rusiya iqtisadiyyatını zəiflətmək məqsədi daşıyır.

Qeyd edək ki, G7 ölkələri həmçinin Rusiya və Belarusdan idxala əlavə gömrük tarifləri tətbiq edəcək. İxrac nəzarəti indi həm Rusiya, həm də Belarus üçün tətbiq edilib. Belarus üçün müəyyən kateqoriyalı malların idxalına bir sıra qadağalar tətbiq olunub. Eyni qadağaların Rusiyaya da şamil edilməsi planlaşdırılır.

 Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar