SON XƏBƏRLƏR

Rusiyalı ekspert: “Paşinyan 9 noyabra planlaşdırılan üçtərəfli görüşü pozdu”

2021.11.26, 14:56
Rusiyalı ekspert: “Paşinyan 9 noyabra planlaşdırılan üçtərəfli görüşü pozdu”

Gunaz.tv

Bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bu gün Soçidə keçiriləcək üçtərəfli görüşündən gözləntilərini şərh edərkən bildirib.

“Paşinyan və Avropa İttifaqının təşkilatçılığı ilə Brüsseldə keçiriləcək Azərbaycan-Ermənistan zirvə görüşünün elan olunduğu bir zamanda Kreml bu qərarı mənfi qarşıladı. 

Rəsmi Moskva İrəvanın bu cür addımlarını düşmənçilik kimi qəbul etdi, bu səbəbdən Paşinyanı Brüsseldən öncə Putin və Əliyev ilə görüşə gəlməyə məcbur etmək üçün güclü siyasi səy göstərildi”, - Korotçenko deyib.

Rusiyalı ekspert qeyd edib ki, Ermənistanın Baş naziri bu cür addımlarla manevr edərək üçtərəfli bəyanatın öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmağa, böyük siyasi oyunda Avropa İttifaqı və ABŞ-a arxalanmağa çalışırdı.

Korotçenkonun fikrincə, Paşinyanın öhdəlikləri üzərinə götürməyə və sərhədlərin delimitasiya və demarkasiyana, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin yaradılmasına başlamağa məcbur olacağı gözlənilir. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar