SON XƏBƏRLƏR

Ustad Riyahifərin mədəni fəalların iştirakı ilə keçirilən 40 mərasimindən VİDEO

2021.10.20, 07:36
Ustad Riyahifərin mədəni fəalların iştirakı ilə keçirilən 40 mərasimindən VİDEO

Gunaz.tv

GünAz TV: Fevralın 1-də məşhur azərbaycanlı şair və yazıçı ustad Mir Hüseynqulu Riyahifərin məzarı üstə təşkil olunan 40 mərasimində bir çox mədəni fəal və ictimai xadim iştirak edib.

 

Təbrizin “Vadi rəhmət” qəbiristanlığında keçirilən mərasimdə mərhumun yaxınları ilə birlikdə bir çox mədəni fəal və onun Yekanat bölgəsindən gələn həmkəndliləri iştirak edib. Mərasimdə ustad Fridun Teymuri, Dr. Tohid Yüzbaşı, Rza Həmraz, Dr. Fərdin Qüreyşi, Dr. Hümməti (Yekənoğlu), Rza Hesari, Mühəndis Şəhram Yüzbaşı, Ruhulla İrani, Dr. Mir Hidayət Seyidmərəndi və Bəhram Rüstəmi (Xanlar) çıxış edərək mərhumun ədəbiyyət sahəsindəki yaradıcılıq fəaliyyətindən bəhs ediblər.

 

 

Məlumata görə, Xoy şəhərində çap olunan “Şəfəq Azərbaycan” dərgisi ustad M.Riyahinin 40 mərasimi münasibəti ilə tanınmış alim Dr. Seddiq və Rza Həmrazın məqalələrinin dərc olunduğu özəl sayı nəşr edib.

 

 

Mərasimdə ustad Fridun Teymuri ayrı düşdüyü qədim dostuna həsr etdiyi şeiri oxuyub, mərhum haqqında səsləndirilən şeir eşidənləri kövrəldib.

 

https://www.youtube.com/watch?time_continue=47&v=nR17eItyNsY

 

 

Ustad Mir Hüseynqulu Riyahifər 2017-ci il dekabrın 29-da ağciyər infeksiyası xəstəliyindən dünyasını dəyişib, o Təbrizin “Vadi rəhmət” qəbiristanlığında dəfn olunub. (Allah rəhmət eləsin)

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar