SON XƏBƏRLƏR

Putin “Bayraktar” qarşısında aciq qalıb

2021.11.03, 15:10
Putin “Bayraktar” qarşısında aciq qalıb

Gunaz.tv

Rusiya Qarabağ müharibəsində rus silahlarının PUA-lar qarşısında aciz qalmasından sonra bu sahəyə xüsusi diqqət ayırmağa başlayıb. 

Lakin indi Moskvanı əsas narahat edən məsələ Ukraynanın Donbasda separatçılara qarşı “Bayraktar” PUA-ları tətbiq etməsidir: Kiyev Qarabağ müharibəsi taktikasından istifadə edəcəksə, bu, separatçılar üçün çətin olacaq.

Məsələyə münasibət bildirən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Moskva anlayır ki, separatçıları “Bayraktar”lardan qoruya bilməyəcək.

“Mövcud vəziyyətdə genişmiqyaslı müharibə də ruslara yeni sanksiyalarla üzləşmək, xüsusilə “Şimal axını – 2” layihəsinin önünün kəsilməsi riskinə görə sərf etmir. Bu baxımdan, Ukrayna sərhədinə qoşun toplamaqla Kiyevi və ABŞ-ı separatçılara qarşı əməliyyatdan çəkindirmək gedişi edir: kiçik müharibəyə qarşı "böyük müharibə" blefi”.

Ekspert deyirb ki, prezident Putinin müşavirə keçirməsi də əslində Rusiyanın “Bayraktar”larla necə mübarizə aparacağını bilmədiyini göstərir. (modern.az)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar