SON XƏBƏRLƏR

"Suverenliyimiz Sovet Ermənistanından daha aşağı səviyyədədir"- İşxanyan

2021.10.20, 07:36
"Suverenliyimiz Sovet Ermənistanından daha aşağı səviyyədədir"- İşxanyan

Gunaz.tv

Yerli media məğlubiyyətə, hazırkı ağır durumlarına görə günahkarlar axtarır, daha çox hakimiyyətin üstünə gedir.

Siyasətçilər, politoloqlar indi məğlubiyyətin günahkarlarını deyil, bundan sonra ölkənin taleyiin necə olacağını araşdırmağı məsləhət bilirlər.

Məsələn, Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan yerli telekanallardan birinə verdiyi müsahibədə ölkəsinin müstəqilliyinin təhlükə altında olmasından gileylənib. O, qeyd edib ki, keçmiş qondarma qurum-Dağlıq Qarabağdakı separatçı rejim Ermənistanın müstəqilliyinin sütunu və ideoloji əsası imiş.

"Qarabağın 2020 -ci ilin sonlarına qədər mövcud olduğu formada itirilməsi ona gətirib çıxardı ki, indi Ermənistanın suverenliyi Sovet Ermənistanından daha aşağı səviyyədədir"-İşxanyan deyib. (azvision.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar