Xuzistanda su ehtiyatları kəskin azalıb: Ostandar su böhranı ilə bağlı xəbərdarlıq edib

20.11.2021, 15:22

İranın Xuzistan əyalətinin valisi Sadıq Xəliliyan noyabrın 19-da dövlət televiziyasına açıqlamasında əyalətdə su ehtiyatlarının kəskin azalması səbəbi ilə bəndlərdəki vəziyyətin böhranlı olması barədə xəbərdarlıq edib.

Gunaz.tv Quote | Gunaz article

Xuzistan əhalisinin içməli su qıtlığından əziyyət çəkdiyini deyən Sadıq Xəliliyan deyib ki, əyalətin bəzi şəhərlərinin əhalisi içməli sularını təmin etmək üçün suyu şirinləşdirən qurğu və dəzgahlardan istifadə edirlər.

“Xuzistan əyalətinin şimali hissələrində bəndlərdə su olmadığına görə yerli əhalinin içməli suya olan ehtiyacı tankerlər vasitəsilə təmin edilir.

Təəssüflər olsun ki, əyalətdəki sədlərin ağır vəziyyəti bizi nigaran edir. Belə ki, Xuzistan əyalətində su çatmadığına görə əksər fermerlər yaydan bəri öz torpaq sahələrində əkin işləri apara bilməyiblər”, -deyə Xuzistan əyalətinin valisi Sadıq Xəliliyan İran dövlət televiziyasına açıqlamasında bildirib.

Qeyd edək ki, son aylar  Xuzistan əyalətinin bir neçə şəhərində fermerlər və kəndçilər susuzluğa qarşı bir neçə dəfə dinc etiraz aksiyası keçirərək, hakimiyyətə qarşı şüarlar səsləndiriblər.

 Lakin hakimiyyətin bölgəyə göndərdiyi repressiv qüvvələrin odlu silahlardan atəş açması nəticəsində ən azı 8 etirazçı öldürülüb, onlarla insan həbs edilib. 

Bununla da rejim susuzluğa qarşı etirazların daha da böyüməsinin və digər əyalətlərə yayılmasının qarşısını müvəqqəti olsa da ala bilib. 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ersin Tatar Azərbaycana səfər edə bilər

2022-08-19

gun az article

Ukrayna Təhlükəsizlik Şurasının sədri: "Krımın azad olunması gündəlikdəki əsas məsələdir"

2022-08-19

gun az article

Putin G20 sammitinə gedəcək

2022-08-19

gun az article

Amerikadan tələb: "İran bəhailərə qarşı repressiyaları dərhal dayandırmalıdır"

2022-08-19

gun az article

İran dərman çatışmazlığının aradan qaldırılması üçün Ermənistana yardım edəcək

2022-08-19

gun az article

Azərbaycan Ordusunun helikopterləri təlim keçirib-VİDEO

2022-08-19

gun az article

“İran nəyin bahasına olursa olsun, Zəngəzur dəhlizinə qarşı çıxacaq”-Erməni iranşünas

2022-08-19

gun az article

Amerikanın Milli Təhlükəsizlik Şurası İrana güzəşt edilməsi barədə xəbərləri rədd edib

2022-08-19

gun az article

ABŞ İnstitutu: “Krımda naməlum partlayışlar baş verib, Ukrayna ora yeni zərbələr endirəcək"

2022-08-19

gun az article

Şabranda baş verən yanğın Siyəzənə keçib

2022-08-19

gun az article

İsrail Amerika və Avropanı Tehranla müzakirələri dayandırmağa çağırdı

2022-08-19

gun az article

Zelenski Putinlə görüşünün şərtini açıqladı

2022-08-18

gun az article

Ərdoğan: “Yeni Çernobıl faciəsi yaşamaq istəmirik”

2022-08-18

gun az article

SEPAH-ın Tehranda yerləşən "İmam Hadi" kazarmasında partlayış olub-VİDEO

2022-08-18

gun az article

Türkiyə və Ukrayna liderlərinin görüşü başlayıb

2022-08-18

gun az article

Səudiyyə Ərəbistanında ideoloji təbliğat aparan İrana yaxın şəxs saxlanılıb

2022-08-18

gun az article

Prezident: “65 məscidimiz yerlə-yeksan olunub”

2022-08-18

gun az article

İranda xristianlığı qəbul edən 3 nəfər 16 il həbs cəzasına məhkum edilib

2022-08-18

gun az article

İranlı diplomatdan Azərbaycan qarşı sərsəm iddia: "Naxcıvan İrana birləşdirilməlidir"-VİDEO

2022-08-18

gun az article

İran məhkəməsi tanınmış jurnalisti 10 il həbs cəzasına məhkum edib

2022-08-18