SON XƏBƏRLƏR

Xuzistan əyalətində neft boru kəmərində partlayış baş verib

2021.11.18, 10:53
Xuzistan əyalətində neft boru kəmərində partlayış baş verib

Gunaz.tv

 Bu barədə, SEPAH terror təşkilatına yaxın olan “Tasnim” saytı noyabrın 17-də məlumat yayıb.

Bildirilir ki, Rəmis kəndi yaxınlığında baş verən güclü partlayışın səbəbi, neft boru kəmərlərinin çürüməsi və onun köhnəlməsi ilə əlaqələndirilir.

Partlayışda xəsarət alanların olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edilir ki, bir ay əvvəl də həmin məntəqədə yerləşən daha bir neft boru kəməri partlamışdı. 

Bu kimi partlayışların səbəbi isə əksər hallarda İranın neft təsisatının köhnəlməsi və onun uzun müddətdir yenilənməməsi ilə əlaqələndirilir.  

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar